Xan sarayı
Qala divarları arasında bir neçə tarixi bina - Dairəvi məbəd, kazarma və təcridxana binaları var. Dairəvi məbəddə Xalq Tətbiqi Sənəti muzeyi, kazarma binalarında Tarix-Diyarşünaslıq muzeyi və Rəsm qalereyası, təcridxana binalarının birində Uşaq kitabxanası, digərində Sənətkarlar evi, Turizm İnformasiya Mərkəzi və Mədəniyyət evi fəaliyyət göstərir.
Mədəni irs nümunəsinin adı: | Xan sarayı |
---|---|
Ünvan & Əlaqə nömrəsi: | Şəki şəhəri, Qala divarları |
Məlumat: | Qala divarları arasında bir neçə tarixi bina - Dairəvi məbəd, kazarma və təcridxana binaları var. Dairəvi məbəddə Xalq Tətbiqi Sənəti muzeyi, kazarma binalarında Tarix-Diyarşünaslıq muzeyi və Rəsm qalereyası, təcridxana binalarının birində Uşaq kitabxanası, digərində Sənətkarlar evi, Turizm İnformasiya Mərkəzi və Mədəniyyət evi fəaliyyət göstərir. |
Xüsusi Qeydlər: | Azərbaycan orta əsr memarlığının klassik nümunələrindən olan Şəki Xan sarayı “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Qala divarları içərisində yerləşir. Qala divarları arasında olmasına baxmayaraq, saray əlavə divarlarla da əhatələnib ki, bu da ənənəvi Şərq şəhərləri üçün xarakterik haldır. Tarixi mənbələrdə, o cümlədən 1853-cü ildə tərtib edilmiş planda Qala divarları içərisində 40-a yaxın tikilinin, 3 ayrıca bağın və çoxlu sayda fəvvarəli hovuzun olduğu göstərilir. Tikililərin çoxunda xan nəslinin ayrı-ayrı üzvləri yaşayıb. İndi ön fasadın qarşısında olan bağdan başqa, ortasında düzbucaqlı fəvvarə olan bir bağ da sarayın arxa fasadına birləşirmiş. Xan sarayının quzey fasadına ara tikilisi hesabına birləşdirilmiş qış tikilisi də varmış. Ancaq təəssüf ki, binaların əksəriyyəti çar Rusiyası zamanında dağıdılıb. Bizim dövrümüzə yalnız xanlığın yay iqamətgahı, iki hovuz, qoşa çinar ağacları və Qala divarlarının inşasından çox əsrlər öncə burada tikilmiş Dairəvi məbəd gəlib çatıb. Hazırda Qala divarları içərisində olan digər binalar çar Rusiyası zamanında inşa edilib. Dünya əhəmiyyətli tarix və memarlıq abidəsi olan Şəki Xan sarayı xalq yaşayış evlərinin cizgilərini əks etdirməklə yanaşı, Qafqazda XVIII əsr memarlığının ən gözəl nümunəsi, müsəlman Şərqinin memarlıq incisidir. 24 oktyabr 2001-ci ildən şəhərin tarixi hissəsi ilə birlikdə saray UNESCO-nun Mədəni irs siyahısına daxil edilməyə namizəddir. Saray ikimərtəbəlidir, uzunluğu 31,7, eni 8,5, hündürlüyü 10 metrdir. Hər mərtəbə 3,35 metr hündürlüyündədir. İstər fasadın, istərsə də saray planının kompozisiya həlli simmetrikdir. Hər iki mərtəbənin planı eynidir, mərkəzi otaqları - zalları yan otaqlardan dəhlizlər ayırır. Mərtəbələr arasında birbaşa daxili əlaqə olmayıb. İkinci mərtəbəyə yan otaqların arxasındakı pillələrlə qalxırmışlar. İlk baxışdan yöndəmsiz görünən pilləkənləri bəziləri buranın yay sarayı olması ilə əlaqələndirir, pillələrin hündürlüyünü isə o dövrlərdə insanların daha ucaboy olması ilə izah edirlər. Lakin memarların fikrincə, sarayın ölçüləri elədir ki, burada yalnız dik və hündür pillələr tikmək mümkündür. Əks halda pilləkənlər saraydan çox uzun olardı. Mərtəbələr arasında əlaqə olmadığından saray iki hissəyə - rəsmi və şəxsi (xüsusi) hissəyə ayrılır. Sarayın rəsmi hissəsinin başqa hissələrdən təcrid edilməsi Şərq feodal mühiti üçün xarakterikdir və buna yaşayış evlərində də rast gəlmək mümkündür. Bunun sayəsində Xan sarayında yad adamlar şəxsi hissəyə daxil ola bilmirdilər. Sarayın 6 otağı, 4 dəhlizi və 2 eyvanı var. Saray divarları eni 40-60 santimetr, dərinliyi 20 santimetr olan, gil və əhəng qarışığından hazırlanmış bünövrə üzərində dayanır. Divarlar 23,5x23,5x4 santimetr ölçüsündə bişmiş kərpicdən hörülüb və bu zaman birləşdirici-yapışdırıcı məhlul kimi yumurtanın ağı ilə qarışdırılmış əhəng və gəcdən istifadə edilib. Binanın xarici divarlarını atmosfer sularından qorumaq məqsədilə imarətin karnizləri əlvan rənglərlə və dağlama ornamentlərlə bəzədilib. Baş fasadın divarları demək olar ki, bütövlükdə şəbəkə tipli pəncərələrlə əvəz olunub. Fasadın polixram rəngli qabarıq ornamentli naxışları və binanın içindəki süjetli divar rəsmləri digər incə memarlıq hissələri ilə ayrılmaz surətdə birləşərək, imarətə zəriflik, gözəllik verir. Əlvan şüşəli şəbəkələr binada dinamik, dəyişkən işıqlanma əmələ gətirməklə onun cazibədarlığını daha da artırır. İmarətin əsas fasadı cənub tərəfə baxır və kompozisiyası üç əsas elementin uzlaşması ilə xarakterizə edilir - divarın ornamentliliyi, naxışlı şəbəkə və piştağların genişliyi. Ona görə binanın cənub tərəfi daha gözəl görünüşə malikdir. Mürəkkəb stalaktidli portallar iki yarusla həll olunub, ikinci yaruslarda kiçik eyvanlar tikilib. Tavanları gümüş tərkibli güzgülərlə stalaktidlərdən təşkil olunmuş eyvanlar da qadınlar və kişilər üçün ayrı-ayrıdır. Mərkəzdəki şəbəkələr az yer tutsa da, şimal fasadına xüsusi cazibədarlıq gətirir. Fasadın künclərinin üstünü örtən tavan artırmaları onda dinamiklik yaradır. İkinci mərtəbədə şəbəkəli pəncərələr və bir-birinin üstündə yerləşən şəbəkə qapılar şərq fasadının görünüşünü daha da təntənəli edir. Xanın qonaqları ikinci mərtəbəyə bu fasaddakı qapıdan qalxarmışlar. Üst qapı sarayın damına çıxmaq üçün düzəldilib. Sadə görünüşə malik qərb fasadından açılan qapı xanın ailəsinə xidmət etmək üçün imiş. ŞƏBƏKƏ. Şəbəkəçilik ağacişləmə sənətinin bədii sahələrindən, böyük məharət tələb edən növlərindən biridir. Şəbəkələr kiçik ölçülü taxta və şüşə parçalarını bir-birinə geydirməklə hazırlanır. Şəbəkələrin hər kvadratmetri orta hesabla 5 min taxta və rəngli şüşə parçalarından yığılır. Mürəkkəb hissələrdə detalların sayı 14 minə çatır. Abidədə işlədilən şəbəkələr çinar və cökə ağaclarından yığılıb. Digər konstruktiv elementlər fıstıq, qoz, palıd ağaclarındandır. Azərbaycan şəbəkə sənətinin gözəl nümunələrinə Şəki Xan sarayı ilə yanaşı, Şəkixanovların evində də rast gəlinir. Bundan başqa, Hüseynqulu xanın XVII əsrdə İrəvanda tikdirdiyi saray, Kərim Mehmandarovun XIX əsrdə Şuşada tikdirdiyi yaşayış evi də Azərbaycan şəbəkə sənətinin nümunəvi abidələrindəndir. XVI-XVII əsrlərdən dövrümüzə şəbəkəçilik sənətinin daha iki nümunəsi gəlib çatıb. Bunlardan biri Qusar rayonunun Həzrə kəndindəki Şeyx Cüneyd türbəsində olan sənduqə, o birisi isə Gəncədəki Cümə məscidinin minbəridir. Xanlıq dönəmi Şəkisində Teymur Nəbioğlu kimi ad-san qazanmış şəbəkə ustası yaşayıb-yaradıb. Şəki Xan sarayının bərpasında işləmiş Əşrəf Yaqub oğlu Rəsulov Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülüb. Hazırda şəhərimizdə bu sənətin layiqli davamçıları olan Tofiq Rəsulov, Hüseyn Hacımustafazadə, Soltan İsmayılov kimi şəbəkə ustaları fəaliyyət göstərirlər. Onlar həm də Xan sarayının sonuncu bərpasında iştirak etmiş ustalardandır. XVIII əsrin şəkili şəbəkə ustaları naxış motivlərini xeyli mürəkkəbləşdirərək “şəmsi” deyilən kompozisiya növünü yaradıblar. Son dövrlərə qədər hətta ən mahir şəbəkə ustaları belə şəbəkə üsulu ilə yalnız müstəvi şəkilli fiqurlar, qapı-pəncərələr hazırlayardılar. Ancaq 2009-cu ildə istedadlı şəbəkə ustamız Hüseyn Hacımustafazadə yenilik edərək yumru, top formalı “kəhkəşan” adlı qeyri-adi şəbəkə növü yaradıb. Bu da şəkili sənətkarların dədə-baba sənətini nəinki yaşatdıqlarına, həm də gündən-günə inkişaf etdirdiklərinə sübutdur. Şəki Xan sarayı Azərbaycan memarlığına xas bütün sənətkarlıq və boyakarlıq növlərini özündə birləşdirib. Bu sarayda təkcə şəbəkə deyil, eyni zamanda daş, ağac, gəc üzərində oymalar, dağlama, yandırma, həndəsi və nəbati rəssamlıq, miniatür rəssamlığı və dekorativ-tətbiqi sənət geniş yer tutur. Saray naxışları əsasən dörd qrupa bölünür - həndəsi, nəbati naxışlar, süjetli kompozisiyalar və zoomorf təsvirlər (quş təsvirləri). Naxışlar vurulduğu səthdən asılı olaraq, müxtəlif kompozisiyalarda işlənib. Sarayın əsas dekorativ səthi taxça və aralıqları dolduran pannodur. Bunlar əsasən bitki motivlərindən yığılmış və hərdən quş təsvirləri əlavə olunmuş bəzəklərdir. Ümumilikdə sarayın naxışları kolorit zənginliyi, qızılı rəngin geniş tətbiqi ilə xarakterizə edilir. Rənglərin seçilməsi yerli tonların tətbiqinə əsaslanır. O dövrün bütün divar naxışları kimi bunlar da tempera ilə gəc üzərində işlənib. İkinci mərtəbənin salonunun divarlarındakı naxışlar vurulduğu səthlərdən asılı olaraq, müxtəlif kompozisiyalarda göstərilib. Əsas kompozisiyalar taxça və pannolarda əks etdirilib. Salonun taxçalarında və ikinci yaruslarında ov və döyüş səhnələrindən ibarət kompozisiyalar işlənib. Ov səhnələrində rəssam Azərbaycan təbiətində olan quşları, heyvanları təsvir etməklə yanaşı, mifik təsvirlərə də yer ayırıb. Burada əjdaha, təkbuynuz kimi əfsanəvi varlıqların təsvirləri var. Bütün bunlar rəssamın dünyagörüşünün və təxəyyülünün rənglər vasitəsilə inikasıdır. Şəki Xan sarayı XVIII əsrdə inşa olunub. Bəzi mülahizələrə görə, onu Məhəmməd Həsən xan 1789-1790-cı illərdə tikdirib, memarı şirazlı Zeynal Abdulla olub və o zaman bura ”Məhəmməd Həsən xanın divanxanası” adlanıb. XX əsrin 60-cı illərinin tədqiqatçı alimlərindən M. Hüseynov, L.Bretanitski və Ə.Salamzadə isə hesab edirlər ki, sarayı Məhəmməd Həsən xan şirazlı memar Hacı Zeynalabdinə tikdirib və saray 1762-1797-ci illərdə inşa edilib. Əməkdar memar N.Əsgərzadə sarayı Məhəmməd Həsən xanın 1783-1795-ci illərdə inşa etdirdiyini bildirir. Çikaqo Universitetinin professoru Odri Altştad isə sarayı XVII-XVIII əsrlərə bağlayır. Şandor Rado qeyd edir ki, saray 1760-cı ildə Hüseyn xan tərəfindən ucaldılıb. Rəssamlıq Ensiklopediyası sarayı 1761-1762-ci illərə aid edir. Azərbaycan Sovet Ensiklopediyasında da sarayın XVIII əsrin 60-cı illərində tikildiyi qeyd olunur və göstərilir ki, onu Hüseyn xan Müştaq tikdirib. Azərbaycan xanlıqları və Qarabağ tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Güntəkin Cəmil qızı Nəcəflinin fikrincə "Şəki xan sarayının tikilmə tarixi kimi, onu inşa etmiş memarın kimliyi məsələsi haqqında olan fikirlər də yekdil olmayıb daha çox fərziyyə xarakteri daşıyır. Abidənin memarlıq və bəzək xüsusiyyətlərini tədqiq etmiş müəlliflərin əksəriyyəti onun memarının Ustad Abbasqulu olduğunu güman edirlər. Bu zaman onlar sarayın ikinci mərtəbəsindəki zalın ornamentli kompozisiya ilə işlənmiş plafonu üzərində yazılmış “Ustad Abbasqulu” ifadəsini əsas götürürlər. Lakin nəzərə alsaq ki, orta əsrlər dövründə tikinti işlərinə rəhbərlik edən şəxs öz adını, qarşısında “memar”, “mühəndis” və s. nisbələr göstərilməklə, tikdirdiyi binanın divarlarının çöl tərəfdən daha çox görünən yerində həkk etdirirdi, onda Şəki xan sarayının memarı hesab edilən Abbasqulunun adının binanın daxilində ornamentli kompozisiya ilə işlənmiş plafonun üzərində həkk olunması sual doğurmaya bilməz. Bu məntiqlə çıxış etsək, ustad Abbasqulunun Şəki xan sarayının XVIII əsrin sonlarında, Məhəmmədhəsən xanın hakimiyyəti dövründə yerinə yetirilmiş ilk bəzək işlərinin müəllifi olması fikrini də irəli sürmək olar. Şəki xan sarayının memarının kimliyi məsələsi haqqında birmənalı məlumat yalnız yuxarıda qeyd etdiyimiz AMEA Tarix İnstitutunun Elmi arxivindən qorunub saxlanılan Ə.Nəbiyev tərəfindən toplanılmış materiallarda verilmişdir. Burada sarayın Şirazdan dəvət edilmiş memar Xadalı Zeynalabdin tərəfindən inşa edildiyi göstərilir. Lakin hələlik bu məlumatın səhihliyini təsdiq edə biləcək digər mənbələrə təsadüf edilməmişdir." Şəki xanlığı Rusiya imperiyasına birləşdirildikdən sonra 1848-1851-ci illərdə Hüseyn xan Müştaqın nəvəsi şair Kərim ağa Fateh sarayı bərpa etdirdi. Saray XIX əsrin sonu, XX əsrin əvvəllərində bir daha bərpa olunub. 1895-1896-cı illərdə şamaxılı nəqqaş Mirzə Cəfər birinci, 1902-ci ildə şuşalı usta Qəmbər, qardaşı Səfər, oğlu Şükrü, şamaxılı rəssam Əliqulu və Qurbanqulu ikinci mərtəbəni bərpa ediblər. Onu da qeyd edək ki, Şəki xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra Xan sarayında “Qorodskoy sud” (şəhər məhkəməsi) da yerləşib. Sovet dövründə, 25 aprel 1921-ci ildə Azərbaycan Bərpa Komitəsi Nuxa və Şuşadakı Xan saraylarının bərpasına 25 milyon rubl ayırıb. 13 mart 1939-cu ildə Ümumittifaq Memarlıq Akademiyasının komissiyasının iclasında memar P.Baranovski Şəki Xan sarayının bərpasına dair hesabat təqdim edib. 1955-1965-ci illərdə memar N.Q.Rzayevin layihəsi və rəhbərliyi ilə sarayda əsaslı bərpa aparılıb, rəssamlardan F.Hacıyev, şəbəkəçi Ə.Rəsulov bərpada iştirak ediblər. Azərbaycan yenidən dövlət müstəqilliyini əldə edəndən sonra sarayın bərpası işləri də yenilənib. Sonuncu bərpa işləri Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış kredit sazışı əsasında “Mədəni irsin qorunması” layihəsi çərçivəsində həyata keçirilib. Dünya Bankının ayırdığı vəsait hesabına aparılan bu bərpa 2002-ci ilin sentyabrından 2004-cü ilin noyabrına kimi davam edib. Sarayı “Denkmalpfleqe Mecklenburq” şirkəti ilə Şəki sənətkarları birlikdə bərpa ediblər. Sarayın memarı ikinci mərtəbədəki zalın tavanında naxışlar içərisində adı iki dəfə - sağdan-sola və soldan-sağa qeyd olunmuş Ustad Abbasqulu hesab olunur. Onu da qeyd edək ki, elə sarayın ən qədim rəsmlərini də bu otaqda Ustad Abbasqulu işləyib. Abbasqulunun “usta” yox, “ustad” adlandırılması onun sarayın memarı olması ehtimalını daha da gücləndirir. İkinci mərtəbənin mərkəzi zalından başqa bütün otaqlarda buxarılar var. Birinci mərtəbədəki buxarılar sadədir, ikinci mərtəbədəki buxarıların üstü isə nəbati rəsmlərlə bəzədilib. Saray yay fəsli üçün nəzərdə tutulduğundan buxarılarda odun yandırılmayıb, elə bu səbəbdən də onlar kiçik ölçüdədir. Ola bilsin ki, buxarılarda qara çıraqlar yandırılıb, otaqlar işıqlandırılıb. Bəlkə də manqallar qoyulub, onların içərisindəki köz otağa hərarət verib. Saray əsas etibarı ilə inzibati bina olduğundan buradakı otaqlar da iş otaqları kimi təqdim olunur. Birinci mərtəbəsində məmurların gözləmə otağı, dəftərxana və divan otaqları var. Hər iki yan otaq sadə üslubdadır. Mərkəzdəki divan otağı öz zəngin dekorasiyası ilə digər iki otaqdan tamamilə fərqlənir. Bu otağın hər iki küncündə kiçik otaqlar yerləşir. Bəzi mənbələrdə bunlar ibadət hücrələri, bəzilərində isə yük yerləri kimi təqdim olunur. Keçmişdə insanlar yerdə döşəkcə üzərində əyləşərmişlər və yastığa, mütəkkələrə dirsəklənərmişlər. Bu səbəbdən bəzi mənbələr sözügedən kiçik otaqlardan həmin döşəkcələrin, yastıqların, mütəkkələrin saxlandığı yük yeri kimi istifadə olunduğunu güman edir. Kiçik otaqların arasında balaca bir hovuz yerləşir. Hovuz altıguşəli ulduz formasındadır. Dağdan saxsı borular vasitəsilə təzyiqlə gələn su hovuzun içərisində təbii surətdə fəvvarə yaradar və bu, otağa sərinlik, təravət gətirərmiş. Eyni zamanda dünyanın başqa qədim sarayları, əsasən də Osmanlı sarayları ilə müqayisə etsək görərik ki, divan otağında hovuzun olmasının ayrı əhəmiyyəti də var. Belə ki, hovuzun yanında əyləşən xan öz vəzir-vəkili ilə məsləhət-məşvərət etdikdə fəvvarənin şırıltısından ətrafdakılar onların nədən danışdığını duya bilmirmiş. Hovuzun üstündəki güzgülü tavan işıqlanmanı artırmaq üçündür. Divan otağının hər iki qapısının başında bərpaçı-nəqqaş, şamaxılı Usta Cəfərin adı qeyd olunub. Bütün otaqların qapılarının kandarında taxta arakəsmələr qoyulub. Belə izah olunur ki, o zamanlar hamı yerdə oturduğundan bu arakəsmələr adamları soyuqdəymədən qoruyurmuş, axı soyuq hava kütləsi həmişə aşağıda olur. Onu da qeyd edirlər ki, bu arakəsmələr və alçaq qapılar içəri girən adamı baş əyməyə, yəni istər-istəməz otaqda olanlara təzim edib, onları salamlamağa məcbur edirmiş. Şəki Xan sarayının özunəməxsus gözəlliyi hər zaman səyahətçilərdə dərin təəssürat yaradıb. 1826-cı ildə Şəkidə olmuş N.N.Rayevski yazırdı: “Orada bu diyarın keçmiş xanlarının elə bir gözəl sarayı var ki, adamı Baxçasaray sarayından da çox mütəəssir edir”. 1859-cu ildə Şəkidə olmuş məhşur fransız yazıçı Aleksandr Düma (ata) belə deyib: ”Xudaya, sən özün bu gözəl tarixi abidəni yadellilərdən qoru”. XX əsrin tanınmış türk şairi Nazim Hikmət isə sarayla bağlı təəssüratını bu sözlərlə ifadə edib: “Azərbaycanın başqa qədim tikililəri olmasaydı belə Şəki xan sarayını dünyaya göstərmək bəs edərdi”. Aleksandr Korniloviç, Andrey Fadeyev, Arnold Zisserman da Şəki Xan sarayından bəhs ediblər. Bu sarayı yada salanlar arasında Lev Tolstoy, İlya Berezin, Eliza Reklyu və başqalarının adlarını da qeyd etmək olar. |
Xan sarayı
Qala divarları arasında bir neçə tarixi bina - Dairəvi məbəd, kazarma və təcridxana binaları var. Dairəvi məbəddə Xalq Tətbiqi Sənəti muzeyi, kazarma binalarında Tarix-Diyarşünaslıq muzeyi və Rəsm qalereyası, təcridxana binalarının birində Uşaq kitabxanası, digərində Sənətkarlar evi, Turizm İnformasiya Mərkəzi və Mədəniyyət evi fəaliyyət göstərir.
Mədəni irs nümunəsinin adı:
Xan sarayı |
Ünvan & Əlaqə nömrəsi:
Şəki şəhəri, Qala divarları |
Məlumat:
Qala divarları arasında bir neçə tarixi bina - Dairəvi məbəd, kazarma və təcridxana binaları var. Dairəvi məbəddə Xalq Tətbiqi Sənəti muzeyi, kazarma binalarında Tarix-Diyarşünaslıq muzeyi və Rəsm qalereyası, təcridxana binalarının birində Uşaq kitabxanası, digərində Sənətkarlar evi, Turizm İnformasiya Mərkəzi və Mədəniyyət evi fəaliyyət göstərir. |
Xüsusi Qeydlər:
Azərbaycan orta əsr memarlığının klassik nümunələrindən olan Şəki Xan sarayı “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Qala divarları içərisində yerləşir. Qala divarları arasında olmasına baxmayaraq, saray əlavə divarlarla da əhatələnib ki, bu da ənənəvi Şərq şəhərləri üçün xarakterik haldır.
Tarixi mənbələrdə, o cümlədən 1853-cü ildə tərtib edilmiş planda Qala divarları içərisində 40-a yaxın tikilinin, 3 ayrıca bağın və çoxlu sayda fəvvarəli hovuzun olduğu göstərilir. Tikililərin çoxunda xan nəslinin ayrı-ayrı üzvləri yaşayıb. İndi ön fasadın qarşısında olan bağdan başqa, ortasında düzbucaqlı fəvvarə olan bir bağ da sarayın arxa fasadına birləşirmiş. Xan sarayının quzey fasadına ara tikilisi hesabına birləşdirilmiş qış tikilisi də varmış. Ancaq təəssüf ki, binaların əksəriyyəti çar Rusiyası zamanında dağıdılıb. Bizim dövrümüzə yalnız xanlığın yay iqamətgahı, iki hovuz, qoşa çinar ağacları və Qala divarlarının inşasından çox əsrlər öncə burada tikilmiş Dairəvi məbəd gəlib çatıb. Hazırda Qala divarları içərisində olan digər binalar çar Rusiyası zamanında inşa edilib.
Dünya əhəmiyyətli tarix və memarlıq abidəsi olan Şəki Xan sarayı xalq yaşayış evlərinin cizgilərini əks etdirməklə yanaşı, Qafqazda XVIII əsr memarlığının ən gözəl nümunəsi, müsəlman Şərqinin memarlıq incisidir.
24 oktyabr 2001-ci ildən şəhərin tarixi hissəsi ilə birlikdə saray UNESCO-nun Mədəni irs siyahısına daxil edilməyə namizəddir.
Saray ikimərtəbəlidir, uzunluğu 31,7, eni 8,5, hündürlüyü 10 metrdir. Hər mərtəbə 3,35 metr hündürlüyündədir. İstər fasadın, istərsə də saray planının kompozisiya həlli simmetrikdir. Hər iki mərtəbənin planı eynidir, mərkəzi otaqları - zalları yan otaqlardan dəhlizlər ayırır.
Mərtəbələr arasında birbaşa daxili əlaqə olmayıb. İkinci mərtəbəyə yan otaqların arxasındakı pillələrlə qalxırmışlar. İlk baxışdan yöndəmsiz görünən pilləkənləri bəziləri buranın yay sarayı olması ilə əlaqələndirir, pillələrin hündürlüyünü isə o dövrlərdə insanların daha ucaboy olması ilə izah edirlər. Lakin memarların fikrincə, sarayın ölçüləri elədir ki, burada yalnız dik və hündür pillələr tikmək mümkündür. Əks halda pilləkənlər saraydan çox uzun olardı.
Mərtəbələr arasında əlaqə olmadığından saray iki hissəyə - rəsmi və şəxsi (xüsusi) hissəyə ayrılır. Sarayın rəsmi hissəsinin başqa hissələrdən təcrid edilməsi Şərq feodal mühiti üçün xarakterikdir və buna yaşayış evlərində də rast gəlmək mümkündür. Bunun sayəsində Xan sarayında yad adamlar şəxsi hissəyə daxil ola bilmirdilər.
Sarayın 6 otağı, 4 dəhlizi və 2 eyvanı var. Saray divarları eni 40-60 santimetr, dərinliyi 20 santimetr olan, gil və əhəng qarışığından hazırlanmış bünövrə üzərində dayanır. Divarlar 23,5x23,5x4 santimetr ölçüsündə bişmiş kərpicdən hörülüb və bu zaman birləşdirici-yapışdırıcı məhlul kimi yumurtanın ağı ilə qarışdırılmış əhəng və gəcdən istifadə edilib. Binanın xarici divarlarını atmosfer sularından qorumaq məqsədilə imarətin karnizləri əlvan rənglərlə və dağlama ornamentlərlə bəzədilib. Baş fasadın divarları demək olar ki, bütövlükdə şəbəkə tipli pəncərələrlə əvəz olunub. Fasadın polixram rəngli qabarıq ornamentli naxışları və binanın içindəki süjetli divar rəsmləri digər incə memarlıq hissələri ilə ayrılmaz surətdə birləşərək, imarətə zəriflik, gözəllik verir. Əlvan şüşəli şəbəkələr binada dinamik, dəyişkən işıqlanma əmələ gətirməklə onun cazibədarlığını daha da artırır. İmarətin əsas fasadı cənub tərəfə baxır və kompozisiyası üç əsas elementin uzlaşması ilə xarakterizə edilir - divarın ornamentliliyi, naxışlı şəbəkə və piştağların genişliyi. Ona görə binanın cənub tərəfi daha gözəl görünüşə malikdir. Mürəkkəb stalaktidli portallar iki yarusla həll olunub, ikinci yaruslarda kiçik eyvanlar tikilib. Tavanları gümüş tərkibli güzgülərlə stalaktidlərdən təşkil olunmuş eyvanlar da qadınlar və kişilər üçün ayrı-ayrıdır.
Mərkəzdəki şəbəkələr az yer tutsa da, şimal fasadına xüsusi cazibədarlıq gətirir. Fasadın künclərinin üstünü örtən tavan artırmaları onda dinamiklik yaradır.
İkinci mərtəbədə şəbəkəli pəncərələr və bir-birinin üstündə yerləşən şəbəkə qapılar şərq fasadının görünüşünü daha da təntənəli edir. Xanın qonaqları ikinci mərtəbəyə bu fasaddakı qapıdan qalxarmışlar. Üst qapı sarayın damına çıxmaq üçün düzəldilib. Sadə görünüşə malik qərb fasadından açılan qapı xanın ailəsinə xidmət etmək üçün imiş.
ŞƏBƏKƏ. Şəbəkəçilik ağacişləmə sənətinin bədii sahələrindən, böyük məharət tələb edən növlərindən biridir. Şəbəkələr kiçik ölçülü taxta və şüşə parçalarını bir-birinə geydirməklə hazırlanır. Şəbəkələrin hər kvadratmetri orta hesabla 5 min taxta və rəngli şüşə parçalarından yığılır. Mürəkkəb hissələrdə detalların sayı 14 minə çatır. Abidədə işlədilən şəbəkələr çinar və cökə ağaclarından yığılıb. Digər konstruktiv elementlər fıstıq, qoz, palıd ağaclarındandır. Azərbaycan şəbəkə sənətinin gözəl nümunələrinə Şəki Xan sarayı ilə yanaşı, Şəkixanovların evində də rast gəlinir. Bundan başqa, Hüseynqulu xanın XVII əsrdə İrəvanda tikdirdiyi saray, Kərim Mehmandarovun XIX əsrdə Şuşada tikdirdiyi yaşayış evi də Azərbaycan şəbəkə sənətinin nümunəvi abidələrindəndir.
XVI-XVII əsrlərdən dövrümüzə şəbəkəçilik sənətinin daha iki nümunəsi gəlib çatıb. Bunlardan biri Qusar rayonunun Həzrə kəndindəki Şeyx Cüneyd türbəsində olan sənduqə, o birisi isə Gəncədəki Cümə məscidinin minbəridir.
Xanlıq dönəmi Şəkisində Teymur Nəbioğlu kimi ad-san qazanmış şəbəkə ustası yaşayıb-yaradıb. Şəki Xan sarayının bərpasında işləmiş Əşrəf Yaqub oğlu Rəsulov Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülüb. Hazırda şəhərimizdə bu sənətin layiqli davamçıları olan Tofiq Rəsulov, Hüseyn Hacımustafazadə, Soltan İsmayılov kimi şəbəkə ustaları fəaliyyət göstərirlər. Onlar həm də Xan sarayının sonuncu bərpasında iştirak etmiş ustalardandır.
XVIII əsrin şəkili şəbəkə ustaları naxış motivlərini xeyli mürəkkəbləşdirərək “şəmsi” deyilən kompozisiya növünü yaradıblar. Son dövrlərə qədər hətta ən mahir şəbəkə ustaları belə şəbəkə üsulu ilə yalnız müstəvi şəkilli fiqurlar, qapı-pəncərələr hazırlayardılar. Ancaq 2009-cu ildə istedadlı şəbəkə ustamız Hüseyn Hacımustafazadə yenilik edərək yumru, top formalı “kəhkəşan” adlı qeyri-adi şəbəkə növü yaradıb. Bu da şəkili sənətkarların dədə-baba sənətini nəinki yaşatdıqlarına, həm də gündən-günə inkişaf etdirdiklərinə sübutdur.
Şəki Xan sarayı Azərbaycan memarlığına xas bütün sənətkarlıq və boyakarlıq növlərini özündə birləşdirib. Bu sarayda təkcə şəbəkə deyil, eyni zamanda daş, ağac, gəc üzərində oymalar, dağlama, yandırma, həndəsi və nəbati rəssamlıq, miniatür rəssamlığı və dekorativ-tətbiqi sənət geniş yer tutur.
Saray naxışları əsasən dörd qrupa bölünür - həndəsi, nəbati naxışlar, süjetli kompozisiyalar və zoomorf təsvirlər (quş təsvirləri). Naxışlar vurulduğu səthdən asılı olaraq, müxtəlif kompozisiyalarda işlənib. Sarayın əsas dekorativ səthi taxça və aralıqları dolduran pannodur. Bunlar əsasən bitki motivlərindən yığılmış və hərdən quş təsvirləri əlavə olunmuş bəzəklərdir. Ümumilikdə sarayın naxışları kolorit zənginliyi, qızılı rəngin geniş tətbiqi ilə xarakterizə edilir. Rənglərin seçilməsi yerli tonların tətbiqinə əsaslanır. O dövrün bütün divar naxışları kimi bunlar da tempera ilə gəc üzərində işlənib. İkinci mərtəbənin salonunun divarlarındakı naxışlar vurulduğu səthlərdən asılı olaraq, müxtəlif kompozisiyalarda göstərilib. Əsas kompozisiyalar taxça və pannolarda əks etdirilib. Salonun taxçalarında və ikinci yaruslarında ov və döyüş səhnələrindən ibarət kompozisiyalar işlənib. Ov səhnələrində rəssam Azərbaycan təbiətində olan quşları, heyvanları təsvir etməklə yanaşı, mifik təsvirlərə də yer ayırıb. Burada əjdaha, təkbuynuz kimi əfsanəvi varlıqların təsvirləri var. Bütün bunlar rəssamın dünyagörüşünün və təxəyyülünün rənglər vasitəsilə inikasıdır.
Şəki Xan sarayı XVIII əsrdə inşa olunub. Bəzi mülahizələrə görə, onu Məhəmməd Həsən xan 1789-1790-cı illərdə tikdirib, memarı şirazlı Zeynal Abdulla olub və o zaman bura ”Məhəmməd Həsən xanın divanxanası” adlanıb.
XX əsrin 60-cı illərinin tədqiqatçı alimlərindən M. Hüseynov, L.Bretanitski və Ə.Salamzadə isə hesab edirlər ki, sarayı Məhəmməd Həsən xan şirazlı memar Hacı Zeynalabdinə tikdirib və saray 1762-1797-ci illərdə inşa edilib.
Əməkdar memar N.Əsgərzadə sarayı Məhəmməd Həsən xanın 1783-1795-ci illərdə inşa etdirdiyini bildirir.
Çikaqo Universitetinin professoru Odri Altştad isə sarayı XVII-XVIII əsrlərə bağlayır.
Şandor Rado qeyd edir ki, saray 1760-cı ildə Hüseyn xan tərəfindən ucaldılıb.
Rəssamlıq Ensiklopediyası sarayı 1761-1762-ci illərə aid edir. Azərbaycan Sovet Ensiklopediyasında da sarayın XVIII əsrin 60-cı illərində tikildiyi qeyd olunur və göstərilir ki, onu Hüseyn xan Müştaq tikdirib.
Azərbaycan xanlıqları və Qarabağ tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Güntəkin Cəmil qızı Nəcəflinin fikrincə "Şəki xan sarayının tikilmə tarixi kimi, onu inşa etmiş memarın kimliyi məsələsi haqqında olan fikirlər də yekdil olmayıb daha çox fərziyyə xarakteri daşıyır. Abidənin memarlıq və bəzək xüsusiyyətlərini tədqiq etmiş müəlliflərin əksəriyyəti onun memarının Ustad Abbasqulu olduğunu güman edirlər. Bu zaman onlar sarayın ikinci mərtəbəsindəki zalın ornamentli kompozisiya ilə işlənmiş plafonu üzərində yazılmış “Ustad Abbasqulu” ifadəsini əsas götürürlər. Lakin nəzərə alsaq ki, orta əsrlər dövründə tikinti işlərinə rəhbərlik edən şəxs öz adını, qarşısında “memar”, “mühəndis” və s. nisbələr göstərilməklə, tikdirdiyi binanın divarlarının çöl tərəfdən daha çox görünən yerində həkk etdirirdi, onda Şəki xan sarayının memarı hesab edilən Abbasqulunun adının binanın daxilində ornamentli kompozisiya ilə işlənmiş plafonun üzərində həkk olunması sual doğurmaya bilməz. Bu məntiqlə çıxış etsək, ustad Abbasqulunun Şəki xan sarayının XVIII əsrin sonlarında, Məhəmmədhəsən xanın hakimiyyəti dövründə yerinə yetirilmiş ilk bəzək işlərinin müəllifi olması fikrini də irəli sürmək olar. Şəki xan sarayının memarının kimliyi məsələsi haqqında birmənalı məlumat yalnız yuxarıda qeyd etdiyimiz AMEA Tarix İnstitutunun Elmi arxivindən qorunub saxlanılan Ə.Nəbiyev tərəfindən toplanılmış materiallarda verilmişdir. Burada sarayın Şirazdan dəvət edilmiş memar Xadalı Zeynalabdin tərəfindən inşa edildiyi göstərilir. Lakin hələlik bu məlumatın səhihliyini təsdiq edə biləcək digər mənbələrə təsadüf edilməmişdir."
Şəki xanlığı Rusiya imperiyasına birləşdirildikdən sonra 1848-1851-ci illərdə Hüseyn xan Müştaqın nəvəsi şair Kərim ağa Fateh sarayı bərpa etdirdi.
Saray XIX əsrin sonu, XX əsrin əvvəllərində bir daha bərpa olunub. 1895-1896-cı illərdə şamaxılı nəqqaş Mirzə Cəfər birinci, 1902-ci ildə şuşalı usta Qəmbər, qardaşı Səfər, oğlu Şükrü, şamaxılı rəssam Əliqulu və Qurbanqulu ikinci mərtəbəni bərpa ediblər.
Onu da qeyd edək ki, Şəki xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra Xan sarayında “Qorodskoy sud” (şəhər məhkəməsi) da yerləşib.
Sovet dövründə, 25 aprel 1921-ci ildə Azərbaycan Bərpa Komitəsi Nuxa və Şuşadakı Xan saraylarının bərpasına 25 milyon rubl ayırıb. 13 mart 1939-cu ildə Ümumittifaq Memarlıq Akademiyasının komissiyasının iclasında memar P.Baranovski Şəki Xan sarayının bərpasına dair hesabat təqdim edib. 1955-1965-ci illərdə memar N.Q.Rzayevin layihəsi və rəhbərliyi ilə sarayda əsaslı bərpa aparılıb, rəssamlardan F.Hacıyev, şəbəkəçi Ə.Rəsulov bərpada iştirak ediblər.
Azərbaycan yenidən dövlət müstəqilliyini əldə edəndən sonra sarayın bərpası işləri də yenilənib. Sonuncu bərpa işləri Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış kredit sazışı əsasında “Mədəni irsin qorunması” layihəsi çərçivəsində həyata keçirilib. Dünya Bankının ayırdığı vəsait hesabına aparılan bu bərpa 2002-ci ilin sentyabrından 2004-cü ilin noyabrına kimi davam edib. Sarayı “Denkmalpfleqe Mecklenburq” şirkəti ilə Şəki sənətkarları birlikdə bərpa ediblər.
Sarayın memarı ikinci mərtəbədəki zalın tavanında naxışlar içərisində adı iki dəfə - sağdan-sola və soldan-sağa qeyd olunmuş Ustad Abbasqulu hesab olunur. Onu da qeyd edək ki, elə sarayın ən qədim rəsmlərini də bu otaqda Ustad Abbasqulu işləyib. Abbasqulunun “usta” yox, “ustad” adlandırılması onun sarayın memarı olması ehtimalını daha da gücləndirir.
İkinci mərtəbənin mərkəzi zalından başqa bütün otaqlarda buxarılar var. Birinci mərtəbədəki buxarılar sadədir, ikinci mərtəbədəki buxarıların üstü isə nəbati rəsmlərlə bəzədilib. Saray yay fəsli üçün nəzərdə tutulduğundan buxarılarda odun yandırılmayıb, elə bu səbəbdən də onlar kiçik ölçüdədir. Ola bilsin ki, buxarılarda qara çıraqlar yandırılıb, otaqlar işıqlandırılıb. Bəlkə də manqallar qoyulub, onların içərisindəki köz otağa hərarət verib.
Saray əsas etibarı ilə inzibati bina olduğundan buradakı otaqlar da iş otaqları kimi təqdim olunur. Birinci mərtəbəsində məmurların gözləmə otağı, dəftərxana və divan otaqları var. Hər iki yan otaq sadə üslubdadır. Mərkəzdəki divan otağı öz zəngin dekorasiyası ilə digər iki otaqdan tamamilə fərqlənir. Bu otağın hər iki küncündə kiçik otaqlar yerləşir. Bəzi mənbələrdə bunlar ibadət hücrələri, bəzilərində isə yük yerləri kimi təqdim olunur. Keçmişdə insanlar yerdə döşəkcə üzərində əyləşərmişlər və yastığa, mütəkkələrə dirsəklənərmişlər. Bu səbəbdən bəzi mənbələr sözügedən kiçik otaqlardan həmin döşəkcələrin, yastıqların, mütəkkələrin saxlandığı yük yeri kimi istifadə olunduğunu güman edir.
Kiçik otaqların arasında balaca bir hovuz yerləşir. Hovuz altıguşəli ulduz formasındadır. Dağdan saxsı borular vasitəsilə təzyiqlə gələn su hovuzun içərisində təbii surətdə fəvvarə yaradar və bu, otağa sərinlik, təravət gətirərmiş. Eyni zamanda dünyanın başqa qədim sarayları, əsasən də Osmanlı sarayları ilə müqayisə etsək görərik ki, divan otağında hovuzun olmasının ayrı əhəmiyyəti də var. Belə ki, hovuzun yanında əyləşən xan öz vəzir-vəkili ilə məsləhət-məşvərət etdikdə fəvvarənin şırıltısından ətrafdakılar onların nədən danışdığını duya bilmirmiş. Hovuzun üstündəki güzgülü tavan işıqlanmanı artırmaq üçündür.
Divan otağının hər iki qapısının başında bərpaçı-nəqqaş, şamaxılı Usta Cəfərin adı qeyd olunub. Bütün otaqların qapılarının kandarında taxta arakəsmələr qoyulub. Belə izah olunur ki, o zamanlar hamı yerdə oturduğundan bu arakəsmələr adamları soyuqdəymədən qoruyurmuş, axı soyuq hava kütləsi həmişə aşağıda olur. Onu da qeyd edirlər ki, bu arakəsmələr və alçaq qapılar içəri girən adamı baş əyməyə, yəni istər-istəməz otaqda olanlara təzim edib, onları salamlamağa məcbur edirmiş.
Şəki Xan sarayının özunəməxsus gözəlliyi hər zaman səyahətçilərdə dərin təəssürat yaradıb.
1826-cı ildə Şəkidə olmuş N.N.Rayevski yazırdı: “Orada bu diyarın keçmiş xanlarının elə bir gözəl sarayı var ki, adamı Baxçasaray sarayından da çox mütəəssir edir”.
1859-cu ildə Şəkidə olmuş məhşur fransız yazıçı Aleksandr Düma (ata) belə deyib: ”Xudaya, sən özün bu gözəl tarixi abidəni yadellilərdən qoru”.
XX əsrin tanınmış türk şairi Nazim Hikmət isə sarayla bağlı təəssüratını bu sözlərlə ifadə edib: “Azərbaycanın başqa qədim tikililəri olmasaydı belə Şəki xan sarayını dünyaya göstərmək bəs edərdi”.
Aleksandr Korniloviç, Andrey Fadeyev, Arnold Zisserman da Şəki Xan sarayından bəhs ediblər. Bu sarayı yada salanlar arasında Lev Tolstoy, İlya Berezin, Eliza Reklyu və başqalarının adlarını da qeyd etmək olar. |