XVIII əsr
Bu möhtəşəm abidəni yerli sənətkarlar tikib, öz planı, quruluşu, böyüklüyü və ticarət üçün əlverişliliyi ilə bütün Cənubi Qafqazda məşhur olub.
Karvansarayın ümumi sahəsi 6000 kvadratmetrdir. Hündürlüyü küçəyə baxan hissədə 14 metr, içəri üzdən isə 8 metrdir. Bina 300-dək otaq və zirzəmidən ibarətdir. Ölçüsünə, tutumuna görə Azərbaycan ərazisində qeydə alınan ən böyük karvansaraydır.
Karvansarayların hər ikisinin əsas fasadı çaya tərəf yönəlib. Memarlar sahənin sıldırımlı relyefindən, bir neçə metrə çatan maililikdən çox gözəl istifadə ediblər.
Karvansaraylarda yük heyvanlarını, atları bağlamaq üçün çoxlu yer və hovuzlar da var imiş.
Ətraflı