MADDİ-MƏDƏNİ İRS

Mirzə Fətəli Axundzadənin ev-muzeyi

1800-cü il

1812-ci ildə Mirzə Fətəli Axundzadə bu evdə dünyaya göz açıb.

Mədəni irs nümunəsinin adı: Mirzə Fətəli Axundzadənin ev-muzeyi
Ünvan & Əlaqə nömrəsi: Şəki şəhəri, Mirzə Fətəli Axundzadə prospekti, 1
Məlumat: 1812-ci ildə Mirzə Fətəli Axundzadə bu evdə dünyaya göz açıb.
Xüsusi Qeydlər: Bu ev təxminən 1800-cü ildə sırf Şəki memarlıq ənənəsi ilə, çiy kərpicdən inşa olunub, iki otaq, bir eyvan və zirzəmidən ibarətdir. Mərtəbələr arasında ağac konstruksiya var. Buxarısı da binanın Şərq üslubunda tikildiyini göstərir. Otaqlarda qədim əşyalar sərgilənir. Vaxtilə həyətdə daş və kərpic divarlar, Şərq üslubunda kərpic tağlı darvaza, Mirzə Fətəli Axundzadənin əmizadələrinə məxsus çiy kərpicdən tikilmiş ikimərtəbəli, zirzəmili başqa bir ev də olub. 1940-cı ildən bura ev-muzey kimi fəaliyyət göstərir. 1975-ci ildə "Ekspozisiya" zalı tikilib. Mirzə Fətəli Axundzadənin ev-muzeyində 2011-2012-ci illərdə təmir işləri aparılıb. Təmirdən sonrakı vəziyyət yaxşıdır. Həyətdə Mirzə Fətəlinin büstü var.

Mirzə Fətəli Axundzadənin ev-muzeyi

1800-cü il

1812-ci ildə Mirzə Fətəli Axundzadə bu evdə dünyaya göz açıb.

Mədəni irs nümunəsinin adı:
Mirzə Fətəli Axundzadənin ev-muzeyi
Ünvan & Əlaqə nömrəsi:
Şəki şəhəri, Mirzə Fətəli Axundzadə prospekti, 1
Məlumat:
1812-ci ildə Mirzə Fətəli Axundzadə bu evdə dünyaya göz açıb.
Xüsusi Qeydlər:
Bu ev təxminən 1800-cü ildə sırf Şəki memarlıq ənənəsi ilə, çiy kərpicdən inşa olunub, iki otaq, bir eyvan və zirzəmidən ibarətdir. Mərtəbələr arasında ağac konstruksiya var. Buxarısı da binanın Şərq üslubunda tikildiyini göstərir. Otaqlarda qədim əşyalar sərgilənir. Vaxtilə həyətdə daş və kərpic divarlar, Şərq üslubunda kərpic tağlı darvaza, Mirzə Fətəli Axundzadənin əmizadələrinə məxsus çiy kərpicdən tikilmiş ikimərtəbəli, zirzəmili başqa bir ev də olub. 1940-cı ildən bura ev-muzey kimi fəaliyyət göstərir. 1975-ci ildə "Ekspozisiya" zalı tikilib. Mirzə Fətəli Axundzadənin ev-muzeyində 2011-2012-ci illərdə təmir işləri aparılıb. Təmirdən sonrakı vəziyyət yaxşıdır. Həyətdə Mirzə Fətəlinin büstü var.