1. Xan sarayı
Qala divarları arasında bir neçə tarixi bina - Dairəvi məbəd, kazarma və təcridxana binaları var. Dairəvi məbəddə Xalq Tətbiqi Sənəti muzeyi, kazarma binalarında Tarix-Diyarşünaslıq muzeyi və Rəsm qalereyası, təcridxana binalarının birində Uşaq kitabxanası, digərində Sənətkarlar evi, Turizm İnformasiya Mərkəzi və Mədəniyyət evi fəaliyyət göstərir.
2. Xan məscidi və Xan qəbiristanlığı
3. Yuxarı Karvansaray
Bu möhtəşəm abidəni yerli sənətkarlar tikib, öz planı, quruluşu, böyüklüyü və ticarət üçün əlverişliliyi ilə bütün Cənubi Qafqazda məşhur olub. Karvansarayın ümumi sahəsi 6000 kvadratmetrdir. Hündürlüyü küçəyə baxan hissədə 14 metr, içəri üzdən isə 8 metrdir. Bina 300-dək otaq və zirzəmidən ibarətdir. Ölçüsünə, tutumuna görə Azərbaycan ərazisində qeydə alınan ən böyük karvansaraydır. Karvansarayların hər ikisinin əsas fasadı çaya tərəf yönəlib. Memarlar sahənin sıldırımlı relyefindən, bir neçə metrə çatan maililikdən çox gözəl istifadə ediblər. Karvansaraylarda yük heyvanlarını, atları bağlamaq üçün çoxlu yer və hovuzlar da var imiş.
4. Ağvanlar hamamı
XVIII əsrin ortalarında təşəkkül tapmış 14 xanlıqdan ilk müstəqili Şəki xanlığı olub. Şəki xanlığı Azərbaycanın güclü xanlıqlarından biri idi. Şəki şəhəri isə Azərbaycanın iqtisadi və mədəni həyatında mühüm rol oynayırdı. Şəki xanı Hacı Çələbi xan Şəkidə məscid, mədrəsə və hamam kimi ictimai təyinatlı binalar tikdirmişdi. Bu səbəbdən Şəki şəhəri qədim memarlıq və tarixi abidələrlə zəngindir. Şəki şəhərində XVIII-XIX əsrlərə aid hamamlar da qalmaqdadır. Onların arasında “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğundakı Ağvanlar hamamını, Abdulxalıq hamamını, Yeraltı hamamı (Abdulsalam hamamı), Dərə hamamını göstərmək olar. Ağvanlar hamamının adı məhəllənin adı ilə bağlıdır. Hamamı kimin tikdirdiyi barədə dəqiq məlumat yoxdur.
5. Abdulsalam hamamı (Yeraltı hamam)
6. Keçmiş kazarma binalarının paltar yuyulan yeri (Şəbəkə sexi)
7. Halvaçı