MADDİ-MƏDƏNİ İRS

Abdulsalam hamamı (Yeraltı hamam)

XIX əsr

Mədəni irs nümunəsinin adı: Abdulsalam hamamı (Yeraltı hamam)
Ünvan & Əlaqə nömrəsi: Şəki şəhəri, 20 Yanvar küçəsi, 35
Xüsusi Qeydlər: XIX əsrdə sahibkar Abdulsalam tikdirib. İki böyük zaldan və böyük otaqlardan ibarətdir. Bir hissəsi yerin altında olduğundan el arasında "Yeraltı hamam" kimi tanınır. Bu hamam həm də Cümə məscidi və mədrəsə kompleksinə daxildir. Hamam 1895-ci ildə Şəki Elmi-Bərpa və İstehsalat İdarəsi tərəfindən əsaslı surətdə bərpa olunub, hazırda təyinatı üzrə istifadə edilmir. Hamam ümumi soyunma otağı, ümumi çimmə otağı, xüsusi iki nömrə və dəhlizdən, isti və soyuq suyu saxlayan, xəzinə adlanan su anbarından ibarətdir. Soyunma otağı: 70 kvadratmetrdir; eni 7 metr, uzunluğu 10 metr. Hündürlüyü: soyunma yerində 12 metr, çimmə yerində 8 metr. Çimmə otağı: 50 kvadratmetrdir; eni 5 metr, uzunluğu 10 metr. Nömrə otaqları: I nömrənin sahəsi: 25 kvadratmetr: eni 5 metr, uzunluğu 5 metr. II nömrənin sahəsi: 7,5 kvadratmetr; eni 3 metr, uzunluğu 2,5 metr. Ümumi sahəsi: 89 kvadratmetr. Divarın qalınlığı 80 santimetrdir. Bina bayırdan yer səviyyəsindən 4 metr aşağıdadır.

Abdulsalam hamamı (Yeraltı hamam)

XIX əsr

Mədəni irs nümunəsinin adı:
Abdulsalam hamamı (Yeraltı hamam)
Ünvan & Əlaqə nömrəsi:
Şəki şəhəri, 20 Yanvar küçəsi, 35
Xüsusi Qeydlər:
XIX əsrdə sahibkar Abdulsalam tikdirib. İki böyük zaldan və böyük otaqlardan ibarətdir. Bir hissəsi yerin altında olduğundan el arasında "Yeraltı hamam" kimi tanınır. Bu hamam həm də Cümə məscidi və mədrəsə kompleksinə daxildir. Hamam 1895-ci ildə Şəki Elmi-Bərpa və İstehsalat İdarəsi tərəfindən əsaslı surətdə bərpa olunub, hazırda təyinatı üzrə istifadə edilmir. Hamam ümumi soyunma otağı, ümumi çimmə otağı, xüsusi iki nömrə və dəhlizdən, isti və soyuq suyu saxlayan, xəzinə adlanan su anbarından ibarətdir. Soyunma otağı: 70 kvadratmetrdir; eni 7 metr, uzunluğu 10 metr. Hündürlüyü: soyunma yerində 12 metr, çimmə yerində 8 metr. Çimmə otağı: 50 kvadratmetrdir; eni 5 metr, uzunluğu 10 metr. Nömrə otaqları: I nömrənin sahəsi: 25 kvadratmetr: eni 5 metr, uzunluğu 5 metr. II nömrənin sahəsi: 7,5 kvadratmetr; eni 3 metr, uzunluğu 2,5 metr. Ümumi sahəsi: 89 kvadratmetr. Divarın qalınlığı 80 santimetrdir. Bina bayırdan yer səviyyəsindən 4 metr aşağıdadır.