MADDİ-MƏDƏNİ İRS

Bəxtiyar Vahabzadənin ev-muzeyi

XIX-XX

Bəxtiyar Vahabzadənin anadan olduğu evdir.

Mədəni irs nümunəsinin adı: Bəxtiyar Vahabzadənin ev-muzeyi
Ünvan & Əlaqə nömrəsi: Əbdürrəhim bəy Haqverdiyev küçəsi, 73
Məlumat: Bəxtiyar Vahabzadənin anadan olduğu evdir.
Xüsusi Qeydlər: XIX əsrin sonu, XX əsrin əvvəllərində tikilib. 1930-cu illərdə Bəxtiyar Vahabzadənin ailəsi evi tərk edərək Bakıya köçüb. Şairin halallıq və razılığı ilə bu binada 3 nömrəli uşaq bağçası fəaliyyət göstərib. Bağçanın kollektivi binaya, həmçinin şairin özünün onlara hədiyyə etdiyi dədə-baba eviçi avadanlıqlarına – stol, stul, dolablara olduqca qayğı ilə yanaşıb. Onlar Bəxtiyar Vahabzadənin anadan olduğu, döşəməsi bişmiş kərpicdən ibarət otaqda şairin həyat və yaradıcılığını əks etdirən guşə yaradıblar. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2017-2018-ci illərdə binada təmir, bərpa və bədii tərtibat işləri aparılıb və Bəxtiyar Vahabzadənin ev-muzeyi yaradılıb. Əvvəllər burada yerləşmiş uşaq bağçasına isə həmin Sərəncamla yeni bina tikilib. 2018-ci ildən ev-muzey kimi fəaliyyət göstərən bina olduqca mənzərəli yerdə yerləşir.

Bəxtiyar Vahabzadənin ev-muzeyi

XIX-XX

Bəxtiyar Vahabzadənin anadan olduğu evdir.

Mədəni irs nümunəsinin adı:
Bəxtiyar Vahabzadənin ev-muzeyi
Ünvan & Əlaqə nömrəsi:
Əbdürrəhim bəy Haqverdiyev küçəsi, 73
Məlumat:
Bəxtiyar Vahabzadənin anadan olduğu evdir.
Xüsusi Qeydlər:
XIX əsrin sonu, XX əsrin əvvəllərində tikilib. 1930-cu illərdə Bəxtiyar Vahabzadənin ailəsi evi tərk edərək Bakıya köçüb. Şairin halallıq və razılığı ilə bu binada 3 nömrəli uşaq bağçası fəaliyyət göstərib. Bağçanın kollektivi binaya, həmçinin şairin özünün onlara hədiyyə etdiyi dədə-baba eviçi avadanlıqlarına – stol, stul, dolablara olduqca qayğı ilə yanaşıb. Onlar Bəxtiyar Vahabzadənin anadan olduğu, döşəməsi bişmiş kərpicdən ibarət otaqda şairin həyat və yaradıcılığını əks etdirən guşə yaradıblar. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2017-2018-ci illərdə binada təmir, bərpa və bədii tərtibat işləri aparılıb və Bəxtiyar Vahabzadənin ev-muzeyi yaradılıb. Əvvəllər burada yerləşmiş uşaq bağçasına isə həmin Sərəncamla yeni bina tikilib. 2018-ci ildən ev-muzey kimi fəaliyyət göstərən bina olduqca mənzərəli yerdə yerləşir.