MADDİ-MƏDƏNİ İRS

Aşağı Karvansaray

XVIII əsr

Mədəni irs nümunəsinin adı: Aşağı Karvansaray
Ünvan & Əlaqə nömrəsi: Mirzə Fətəli Axundzadə prospekti, 183
Xüsusi Qeydlər: Yuxarı Karvansarayın aşağı hissəsində tikilmiş Aşağı Karvansarayın ümumi sahəsi 8000 kvadratmetrdir. 242 otaq və zirzəmisi var. Karvansaray dörd yandan böyük giriş qapısı ilə əhatə olunub. Darvazalar bağlandıqda karvansaray alınmaz qalaya çevrilir. Aşağı Karvansarayda Şərq karvansaraylarına xas cəhətlər var. Təəssüflər olsun ki, belə bir tarixi memarlıq abidəsi uzun müddət istifadə edilmədiyindən və baxımsız qaldığından qəzalı vəziyyətə düşüb. 2010-cu ilin yanvar ayında Aşağı Karvansarayda təmir-bərpa işlərinə başlanılıb. Binanın 5197 kvadratmetrlik dam örtüyü yenidən bərpa edilib, kirəmitlə örtülüb. İkitaylı 4 darvaza, 170 pəncərə, 128 qapı yenilənib, 30 tağbənd qurulub, istinad divarları hörülüb, otaqlardan zirzəmilərə qapılar açılıb. Təmir-bərpa işləri davam etdirilir.

Aşağı Karvansaray

XVIII əsr

Mədəni irs nümunəsinin adı:
Aşağı Karvansaray
Ünvan & Əlaqə nömrəsi:
Mirzə Fətəli Axundzadə prospekti, 183
Xüsusi Qeydlər:
Yuxarı Karvansarayın aşağı hissəsində tikilmiş Aşağı Karvansarayın ümumi sahəsi 8000 kvadratmetrdir. 242 otaq və zirzəmisi var. Karvansaray dörd yandan böyük giriş qapısı ilə əhatə olunub. Darvazalar bağlandıqda karvansaray alınmaz qalaya çevrilir. Aşağı Karvansarayda Şərq karvansaraylarına xas cəhətlər var. Təəssüflər olsun ki, belə bir tarixi memarlıq abidəsi uzun müddət istifadə edilmədiyindən və baxımsız qaldığından qəzalı vəziyyətə düşüb. 2010-cu ilin yanvar ayında Aşağı Karvansarayda təmir-bərpa işlərinə başlanılıb. Binanın 5197 kvadratmetrlik dam örtüyü yenidən bərpa edilib, kirəmitlə örtülüb. İkitaylı 4 darvaza, 170 pəncərə, 128 qapı yenilənib, 30 tağbənd qurulub, istinad divarları hörülüb, otaqlardan zirzəmilərə qapılar açılıb. Təmir-bərpa işləri davam etdirilir.