QEYRİ-MADDİ MƏDƏNİ İRS

Məmmədov Şöyübün kustar dulusçu emalatxanası

XX əsr

Mədəni irs nümunəsinin adı: Məmmədov Şöyübün kustar dulusçu emalatxanası
Ünvan & Əlaqə nömrəsi: Fətəli xan Xoyski küçəsi, 14
Xüsusi Qeydlər: Hazırda burada yaşayış var. Binanın təmirə ehtiyacı var. Şöyüb Məmmədovun atası Həbibullah Məhəmməd oğlu 1888-ci ildə Arxüstü məhəlləsində doğulub. Vaxtilə bu məhəllə bütövlükdə Duluslar məhəlləsi adlanıb. Şöyüb dayının nəslinə isə "Cökələr” deyiblər. Hələ uşaqlıqdan dulusçuluqla məşğul olan Həbibullah öz sənətinin bütün sirlərini oğlanları Əsabəli və Şöyüb Məmmədovlara da öyrədib. Şöyüb Məmmədov (1929-1997) ata sənətinin layiqli davamçısı olub, 1971-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv seçilib. Hazırda dulusçuluq peşəsini oğlu Əhəd davam etdirir. Əsabəli Məmmədov (1922-2004) İkinci Dünya müharibəsində iştirak edib, ömrünün sonuna qədər dulusçuluqla məşğul olub. Onun oğlu Yaşar da dulusçuluqla məşğuldur.

Məmmədov Şöyübün kustar dulusçu emalatxanası

XX əsr

Mədəni irs nümunəsinin adı:
Məmmədov Şöyübün kustar dulusçu emalatxanası
Ünvan & Əlaqə nömrəsi:
Fətəli xan Xoyski küçəsi, 14
Xüsusi Qeydlər:
Hazırda burada yaşayış var. Binanın təmirə ehtiyacı var. Şöyüb Məmmədovun atası Həbibullah Məhəmməd oğlu 1888-ci ildə Arxüstü məhəlləsində doğulub. Vaxtilə bu məhəllə bütövlükdə Duluslar məhəlləsi adlanıb. Şöyüb dayının nəslinə isə "Cökələr” deyiblər. Hələ uşaqlıqdan dulusçuluqla məşğul olan Həbibullah öz sənətinin bütün sirlərini oğlanları Əsabəli və Şöyüb Məmmədovlara da öyrədib. Şöyüb Məmmədov (1929-1997) ata sənətinin layiqli davamçısı olub, 1971-ci ildə SSRİ Rəssamlar İttifaqına üzv seçilib. Hazırda dulusçuluq peşəsini oğlu Əhəd davam etdirir. Əsabəli Məmmədov (1922-2004) İkinci Dünya müharibəsində iştirak edib, ömrünün sonuna qədər dulusçuluqla məşğul olub. Onun oğlu Yaşar da dulusçuluqla məşğuldur.