Hacı İsmayılın yaşayış evi
XIX əsr
Mədəni irs nümunəsinin adı: | Hacı İsmayılın yaşayış evi |
---|---|
Ünvan & Əlaqə nömrəsi: | A.Əhmədov küçəsi, 5 |
Xüsusi Qeydlər: | Hacı İsmayıl sayılıb-seçilən tacirlərdən olub. Qullar məhəlləsində onun iki evi olub. Birinci evin alt mərtəbəsində ipək emalı üçün Qans dəzgahı qurulduğundan üst mərtəbədə yaşayış çətinləşib. Ona görə Hacı İsmayıl 1813-cü ildə bir az aralıda ikinci evi tikdirib. Birinci evdə hazırda bağça yerləşir. Çay daşı və kərpicdən tikilmiş ikinci bina ikimərtəbəlidir. Birinci mərtəbəsində üç otaq və zirzəmi, ikinci mərtəbəsində iki otaq, eyvan və şüşəbənd var. Evin içərisində kiçik güzgü parçaları ilə bəzədilmiş, üstü əski əlifba ilə yazılmış böyük bir buxarı var. Hazırda Hacı İsmayılın nəticəsi Məmmədov Abduləziz Niymət oğlu burada öz ailəsi ilə yaşayır. Bu soy həm də nənə adı ilə - “Sənəmlər” kimi tanınır. |
Hacı İsmayılın yaşayış evi
XIX əsr
Mədəni irs nümunəsinin adı:
Hacı İsmayılın yaşayış evi
|
Ünvan & Əlaqə nömrəsi:
A.Əhmədov küçəsi, 5 |
Xüsusi Qeydlər:
Hacı İsmayıl sayılıb-seçilən tacirlərdən olub. Qullar məhəlləsində onun iki evi olub. Birinci evin alt mərtəbəsində ipək emalı üçün Qans dəzgahı qurulduğundan üst mərtəbədə yaşayış çətinləşib. Ona görə Hacı İsmayıl 1813-cü ildə bir az aralıda ikinci evi tikdirib. Birinci evdə hazırda bağça yerləşir.
Çay daşı və kərpicdən tikilmiş ikinci bina ikimərtəbəlidir. Birinci mərtəbəsində üç otaq və zirzəmi, ikinci mərtəbəsində iki otaq, eyvan və şüşəbənd var. Evin içərisində kiçik güzgü parçaları ilə bəzədilmiş, üstü əski əlifba ilə yazılmış böyük bir buxarı var. Hazırda Hacı İsmayılın nəticəsi Məmmədov Abduləziz Niymət oğlu burada öz ailəsi ilə yaşayır.
Bu soy həm də nənə adı ilə - “Sənəmlər” kimi tanınır. |