QEYRİ-MADDİ MƏDƏNİ İRS

Çövkən oyunu

Mədəni irs nümunəsinin adı: Çövkən oyunu
Ünvan & Əlaqə nömrəsi: Şəki Milli Atüstü Oyunlar Mərkəzi
Xüsusi Qeydlər: Çövkən – kişilərdən ibarət iki rəqib komandanın Qarabağ atları üstündə, düz və çəmən sahədə oynadığı ənənəvi idman atçılıq oyunudur. Çövkən oyunçuları və məşqçiləri həmişə təcrübəli at sürənlər olublar. Köçəri mədəniyyətdən boy atan və gündəlik həyatın ayrılmaz hissəsi olan bu oyun tarixən atlara bağlı ənənəvi kimliyi gücləndirib. Çövkən oyunu 2013-cü ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib. Şəkidə çövkən oyunu ildə iki dəfə (may və dekabr aylarında) Prezident kuboku uğrunda milli oyunlar formatında təşkil edilir. Azərbaycanın müxtəlif bölgələrindən komandalar Şəki şəhərinə gəlir və kubok uğrunda yarışırlar. Bu yarışların azarkeşləri arasında hər yaşdan olan insanlara rast gəlmək mümkündür.

Çövkən oyunu

Mədəni irs nümunəsinin adı:
Çövkən oyunu
Ünvan & Əlaqə nömrəsi:
Şəki Milli Atüstü Oyunlar Mərkəzi
Xüsusi Qeydlər:
Çövkən – kişilərdən ibarət iki rəqib komandanın Qarabağ atları üstündə, düz və çəmən sahədə oynadığı ənənəvi idman atçılıq oyunudur. Çövkən oyunçuları və məşqçiləri həmişə təcrübəli at sürənlər olublar. Köçəri mədəniyyətdən boy atan və gündəlik həyatın ayrılmaz hissəsi olan bu oyun tarixən atlara bağlı ənənəvi kimliyi gücləndirib. Çövkən oyunu 2013-cü ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib. Şəkidə çövkən oyunu ildə iki dəfə (may və dekabr aylarında) Prezident kuboku uğrunda milli oyunlar formatında təşkil edilir. Azərbaycanın müxtəlif bölgələrindən komandalar Şəki şəhərinə gəlir və kubok uğrunda yarışırlar. Bu yarışların azarkeşləri arasında hər yaşdan olan insanlara rast gəlmək mümkündür.