Cümə məscidi
XIX əsr
Mədəni irs nümunəsinin adı: | Cümə məscidi |
---|---|
Ünvan & Əlaqə nömrəsi: | Şəki şəhəri, 20 Yanvar küçəsi, 39 |
Xüsusi Qeydlər: | Cümə məscidi şəhərin mərkəzindəki Dabbaqxana məhəlləsində yerləşir. Məscid XIX əsrdə Yeraltı hamam və mədrəsə binası ilə birlikdə kompleks şəkildə inşa olunub. Məscidin tikildiyi tarix dəqiq məlum deyil. Deyilənlərə görə, ilk olaraq 1900-cü ildə din xadimlərinin rəhbərliyi ilə ibadət zalı tikilib. Daşa həkk olunmuş tarixə əsaslanaraq demək olar ki, 1914-cü ildə əlavə eyvan, hücrə və minarənin inşası ilə məscidin tikintisi başa çatıb. Sonradan məscidin 1,85 metrliyində mədrəsə tikilib. Mədrəsə məscidin eyvanına birləşdirilib, beləliklə, mədrəsədən məscidin ikinci mərtəbəsinə çıxış olub. Mədrəsənin qərb divarından 1,7 metr aralıda isə Abdulsalam faktiki olaraq məscid kompleksinə daxil olan hamam (Yeraltı hamam) tikdirib. Sovet işğalından, yəni 1920-ci ildən sonra müxtəlif vaxtlarda məscidin minarəsi və mədrəsəyə birləşən hissəsi sökülüb. Məscid idman məktəbi kimi istifadə olunarkən ibadət zalının içəri eyvanı da sökülüb. Birinci mərtəbədə isə eyvanın tağbənd açırımları və pəncərə boşluqları kərpiclə hörülməklə əlavə otaqlar yaradılıb. Mədrəsə binasının qalan hissəsi texnikum üçün uyğunlaşdırılıb və əlavə otaqlar inşa edilib. 1988-ci ildə baş vermiş yanğından əvvəl abidədə ölçü işləri aparılmışdı. 1989-cu ildə əlavə ölçü işləri aparılıb və bərpa layihələri hazırlanıb. Hamam binası yanğından qabaq bərpa olunmuşdu və yanğın zamanı zərər çəkməmişdi. Bununla belə, 1989-cu ildə hər üç obyekt (məscid, mədrəsə, hamam) üçün bərpa layihəsi hazırlanıb, həmçinin layihələr ayrı-ayrılıqda hazırlansa da bərpa işləri kompleks şəkildə nəzərə alınıb və baş planda işlənib. Bərpa zamanı baş fasad üslubi baxımdan yenidən qurulub. İstilik sistemi müasir tələbata uyğun, amma qədim ənənələr əsasında yenidən inşa edilib. Soyunub-geyinmə zalında layihə üzrə hovuz bərpa olunub. Suvaq qatı bərpa edilərkən yerləşçələrdən birində taxtavan təmizlənib, “nümayiş zondajı” bağlanıb, münasib görkəmə salınıb. Dam ötrüyü yenilənib. Məscidin ibadət zalında qazıntı aparılarkən eyvan tərəfdəki daxili divarın yeri tapılıb, bu divarla birgə daxili eyvan da bərpa olunub. Sonralar hörgü ilə bağlanmış pəncərələr açılıb. İnteryerdə layihə əsasında 4 iri sütun qoyulub. Unikal taxtavan ölçü cizgilərinə əsasən tam şəkildə yenidən qurulub. Cənub fasadı hazırda şəhərin mərkəzi küçələrindən birinə baxır. Əvvəllər bu fasadın önünü baqqal dükanları tuturmuş. Ona görə də bu fasad həyət fasadından kasıb işlənib. Cənub fasadını bir qədər zənginləşdirmək, həmçinin yanmış divarın möhkəmliyini artırmaq üçün mehrabın dərinliyi qarşısında bütün fasad hündürlüyündə çıxıntı hörgü tikilib. İnteryerdə mehrab bərpa olunub. Qapı və pəncərələr ölçü cizgiləri əsasında bərpa edilib. Məscidin minarəsini arxivdən tapılmış fotosurət əsasında layihələndirmək və bünövrədən şərafəyə qədər 28,5 metr hündürlüyündə tam bərpa etmək mümkün olub. Mədrəsənin bərpası zamanı birinci mərtəbədə eyvanın tağbənd açırımları layihə üzrə bərpa edilib. Mədrəsəni məscidlə birləşdirən, sovet dövründə sökülmüş hissə yenidən tikilib. Eyni zamanda mədrəsənin içindən ikinci mərtəbəyə qalxan pilləkənin izləri aşkar olunaraq bərpa edilib. Dam örtüyü yenidən qurulub, həyətə orijinal formada daş döşəmə döşənib. Məscid kompleksinə hovuz, ayaqyolu və abdəst bulaqlarından ibarət əlavə blok tikilib. |
Cümə məscidi
XIX əsr
Mədəni irs nümunəsinin adı:
Cümə məscidi |
Ünvan & Əlaqə nömrəsi:
Şəki şəhəri, 20 Yanvar küçəsi, 39 |
Xüsusi Qeydlər:
Cümə məscidi şəhərin mərkəzindəki Dabbaqxana məhəlləsində yerləşir.
Məscid XIX əsrdə Yeraltı hamam və mədrəsə binası ilə birlikdə kompleks şəkildə inşa olunub. Məscidin tikildiyi tarix dəqiq məlum deyil. Deyilənlərə görə, ilk olaraq 1900-cü ildə din xadimlərinin rəhbərliyi ilə ibadət zalı tikilib. Daşa həkk olunmuş tarixə əsaslanaraq demək olar ki, 1914-cü ildə əlavə eyvan, hücrə və minarənin inşası ilə məscidin tikintisi başa çatıb. Sonradan məscidin 1,85 metrliyində mədrəsə tikilib. Mədrəsə məscidin eyvanına birləşdirilib, beləliklə, mədrəsədən məscidin ikinci mərtəbəsinə çıxış olub. Mədrəsənin qərb divarından 1,7 metr aralıda isə Abdulsalam faktiki olaraq məscid kompleksinə daxil olan hamam (Yeraltı hamam) tikdirib.
Sovet işğalından, yəni 1920-ci ildən sonra müxtəlif vaxtlarda məscidin minarəsi və mədrəsəyə birləşən hissəsi sökülüb. Məscid idman məktəbi kimi istifadə olunarkən ibadət zalının içəri eyvanı da sökülüb. Birinci mərtəbədə isə eyvanın tağbənd açırımları və pəncərə boşluqları kərpiclə hörülməklə əlavə otaqlar yaradılıb. Mədrəsə binasının qalan hissəsi texnikum üçün uyğunlaşdırılıb və əlavə otaqlar inşa edilib.
1988-ci ildə baş vermiş yanğından əvvəl abidədə ölçü işləri aparılmışdı. 1989-cu ildə əlavə ölçü işləri aparılıb və bərpa layihələri hazırlanıb.
Hamam binası yanğından qabaq bərpa olunmuşdu və yanğın zamanı zərər çəkməmişdi. Bununla belə, 1989-cu ildə hər üç obyekt (məscid, mədrəsə, hamam) üçün bərpa layihəsi hazırlanıb, həmçinin layihələr ayrı-ayrılıqda hazırlansa da bərpa işləri kompleks şəkildə nəzərə alınıb və baş planda işlənib.
Bərpa zamanı baş fasad üslubi baxımdan yenidən qurulub. İstilik sistemi müasir tələbata uyğun, amma qədim ənənələr əsasında yenidən inşa edilib. Soyunub-geyinmə zalında layihə üzrə hovuz bərpa olunub. Suvaq qatı bərpa edilərkən yerləşçələrdən birində taxtavan təmizlənib, “nümayiş zondajı” bağlanıb, münasib görkəmə salınıb. Dam ötrüyü yenilənib.
Məscidin ibadət zalında qazıntı aparılarkən eyvan tərəfdəki daxili divarın yeri tapılıb, bu divarla birgə daxili eyvan da bərpa olunub. Sonralar hörgü ilə bağlanmış pəncərələr açılıb. İnteryerdə layihə əsasında 4 iri sütun qoyulub. Unikal taxtavan ölçü cizgilərinə əsasən tam şəkildə yenidən qurulub. Cənub fasadı hazırda şəhərin mərkəzi küçələrindən birinə baxır. Əvvəllər bu fasadın önünü baqqal dükanları tuturmuş. Ona görə də bu fasad həyət fasadından kasıb işlənib. Cənub fasadını bir qədər zənginləşdirmək, həmçinin yanmış divarın möhkəmliyini artırmaq üçün mehrabın dərinliyi qarşısında bütün fasad hündürlüyündə çıxıntı hörgü tikilib. İnteryerdə mehrab bərpa olunub. Qapı və pəncərələr ölçü cizgiləri əsasında bərpa edilib.
Məscidin minarəsini arxivdən tapılmış fotosurət əsasında layihələndirmək və bünövrədən şərafəyə qədər 28,5 metr hündürlüyündə tam bərpa etmək mümkün olub.
Mədrəsənin bərpası zamanı birinci mərtəbədə eyvanın tağbənd açırımları layihə üzrə bərpa edilib. Mədrəsəni məscidlə birləşdirən, sovet dövründə sökülmüş hissə yenidən tikilib. Eyni zamanda mədrəsənin içindən ikinci mərtəbəyə qalxan pilləkənin izləri aşkar olunaraq bərpa edilib. Dam örtüyü yenidən qurulub, həyətə orijinal formada daş döşəmə döşənib. Məscid kompleksinə hovuz, ayaqyolu və abdəst bulaqlarından ibarət əlavə blok tikilib. |