Rəşid bəy Əfəndiyevin ev-muzeyi
XVIII əsr
Mədəni irs nümunəsinin adı: | Rəşid bəy Əfəndiyevin ev-muzeyi |
---|---|
Ünvan & Əlaqə nömrəsi: | Şəki şəhəri, Mirəli Axundov küçəsi, 5 |
Xüsusi Qeydlər: | 1863-cü ildə Şəkidə anadan olmuş görkəmli pedaqoq Rəşid bəy Əfəndiyevin ev-muzeyi Nazirlər Kabinetinin 51 saylı qərarına əsasən 1992-ci il martın 31-dən fəaliyyət göstərir. İkimərtəbəli bina XIX əsrdə yerli inşaat materiallarından tikilib. Birinci mərtəbədə iki otaq və zirzəmi, ikinci mərtəbədə beş otaq var. Muzey ikinci mərtəbədədir. 2287 eksponatın sərgiləndiyi ev-muzey dörd ekspozisiya zalından ibarətdir. Birinci zalda Rəşid bəy Əfəndiyevin büstü, həyat və yaradıcılığını əks etdirən eksponatlar, o cümlədən Rəşid bəyin Firdovsinin “Şahnamə” əsərindən tərcümə etdiyi “Rüstəm və Söhrab” hekayəti, “Fridanın psixologiya kitabı” nümayiş etdirilir. İkinci zalda Rəşid bəyin ailəsinə məxsus məişət əşyaları saxlanılır. Üçüncü zal Rəşid bəy Əfəndiyevin iş otağı kimi təqdim olunur. İş otağında üstü əski əlifba ilə yazılmış divar sobası var. Dördüncü zalda Rəşid bəy Əfəndiyevin oğlu Məmməd bəy Əfəndiyevin fotoşəkilləri, ona dövlət tərəfindən verilmiş fəxri fərmanlar, Məmməd bəyin nəvəsi İzzət Nəbiyevə məxsus kitablar saxlanılır. Beşinci zal muzeyin işçiləri tərəfindən istifadə olunur. Bina 2013-2014-cü illərdə Şəki Mədəniyyət və Turizm şöbəsi tərəfindən əsaslı təmir edilib. |
Rəşid bəy Əfəndiyevin ev-muzeyi
XVIII əsr
Mədəni irs nümunəsinin adı:
Rəşid bəy Əfəndiyevin ev-muzeyi |
Ünvan & Əlaqə nömrəsi:
Şəki şəhəri, Mirəli Axundov küçəsi, 5 |
Xüsusi Qeydlər:
1863-cü ildə Şəkidə anadan olmuş görkəmli pedaqoq Rəşid bəy Əfəndiyevin ev-muzeyi Nazirlər Kabinetinin 51 saylı qərarına əsasən 1992-ci il martın 31-dən fəaliyyət göstərir.
İkimərtəbəli bina XIX əsrdə yerli inşaat materiallarından tikilib. Birinci mərtəbədə iki otaq və zirzəmi, ikinci mərtəbədə beş otaq var. Muzey ikinci mərtəbədədir.
2287 eksponatın sərgiləndiyi ev-muzey dörd ekspozisiya zalından ibarətdir.
Birinci zalda Rəşid bəy Əfəndiyevin büstü, həyat və yaradıcılığını əks etdirən eksponatlar, o cümlədən Rəşid bəyin Firdovsinin “Şahnamə” əsərindən tərcümə etdiyi “Rüstəm və Söhrab” hekayəti, “Fridanın psixologiya kitabı” nümayiş etdirilir.
İkinci zalda Rəşid bəyin ailəsinə məxsus məişət əşyaları saxlanılır.
Üçüncü zal Rəşid bəy Əfəndiyevin iş otağı kimi təqdim olunur. İş otağında üstü əski əlifba ilə yazılmış divar sobası var.
Dördüncü zalda Rəşid bəy Əfəndiyevin oğlu Məmməd bəy Əfəndiyevin fotoşəkilləri, ona dövlət tərəfindən verilmiş fəxri fərmanlar, Məmməd bəyin nəvəsi İzzət Nəbiyevə məxsus kitablar saxlanılır.
Beşinci zal muzeyin işçiləri tərəfindən istifadə olunur.
Bina 2013-2014-cü illərdə Şəki Mədəniyyət və Turizm şöbəsi tərəfindən əsaslı təmir edilib. |