MADDİ-MƏDƏNİ İRS

Ömər Əfəndi məscidi

XIX əsr

Mədəni irs nümunəsinin adı: Ömər Əfəndi məscidi
Ünvan & Əlaqə nömrəsi: Şəki şəhəri, Mirzə Fətəli Axundzadə dalanı, 19, ev 30
Xüsusi Qeydlər: XVIII əsrin ortalarında təşəkkül tapmış 14 xanlıqdan ilk müstəqili Şəki xanlığı olub. Şəki xanı Hacı Çələbi xanlıq ətrafındakı Azərbaycan torpaqlarını birləşdirməyi və Şirvanşahlar dövlətini dirçəltməyi öz qarşısına məqsəd qoymuşdu. Şəki xanlığı Azərbaycanın güclü xanlıqlarından biri idi. Şəki şəhəri isə ölkənin iqtisadi və mədəni həyatında mühüm rol oynayırdı. Məlumdur ki, Çələbi xan Şəkidə məscid, mədrəsə və hamam kimi ictimai təyinatlı binalar tikdirib. Çələbi xanın sülaləsi müstəqil Şəki xanlğını Rusiya Şimali Azərbaycanı işğal edənə qədər idarə edib. 1772-ci ildə sel Şəki şəhərini tamamilə dağıtdığına görə şəhər yeni yerdə yenidən salınıb. Yeni şəhərin strukturu çox maraqlıdır. Qurcanaçayın dolanbac məcrası boyunca yerləşməsi isə Şəkinin mənzərəsini daha da gözəlləşdirir. Şəhərin mərkəzi magistralı olan bu çay tikinti işlərinin və şəhər planlaşmasının mürəkkəb relyefə uyğunlaşdırılmasını şərtləndirib. Şəhərdə inşa işləri eyni vaxtda aparıldığından burada müəyyən memarlıq-şəhərsalma vəhdəti mövcuddur. Şəki rayonunda xeyli məscid var. Şəki şəhərindəki məscidlər onların arasında xüsusi yer tutur. Digər şəhərlərdə olduğu kimi Şəki şəhərində də ibadət ocaqları iri cümə məscidlərindən və kiçik məhəllə məscidlərindən ibarətdir. Məscidlərin əksərinin quruluşu eynidir: açıq eyvan, onun arxasında isə uzunsov düzbucaqlı şəklində ibadət zalı. Böyük aşırımlı örtükləri saxlamaq üçün bir qayda olaraq məscid binalarında daş, yaxud ağacdan sıra-sıra dirəklər qoyulur. Alçaq evlərin və yaşıllığa qərq olmuş bağların fonunda 25-40 metr hündürlüyə ucalan minarələr dini tikililərin kompozisiyasında mühüm yer tutur. Minarələr adətən məsciddən 8-15 metr aralıda ucaldılır. Lakin elə məscidlər var ki, onların minarələri binanın əsas hissəsinə daxildir. İbadət ocaqlarının, o cümlədən cümə məscidlərinin interyeri çox sadədir. İnteryerlərin komposiziya mərkəzi olan mehrabların tərtibatı da sadəliyi ilə şeçilir. XIX əsrin əvvəllərində inşa edilmiş Ömər Əfəndi məscidi özünün ilkin variantını qoruyub saxlayıb. Sovet dövündə uzun müddət bu məsciddən anbar kimi istifadə edilib. 1950-ci ildən sonra isə məscidin fəaliyyəti bərpa olunub. 1986-cı ildə məsciddə yanğın baş verib. 1987-ci ildə Şəki Cümə məscidinin imamı Hacı Səlim Əfəndinin rəhbərliyi və yerli camaatın maliyyə dəstəyi ilə məscid təmir edilib.

Ömər Əfəndi məscidi

XIX əsr

Mədəni irs nümunəsinin adı:
Ömər Əfəndi məscidi
Ünvan & Əlaqə nömrəsi:
Şəki şəhəri, Mirzə Fətəli Axundzadə dalanı, 19, ev 30
Xüsusi Qeydlər:
XVIII əsrin ortalarında təşəkkül tapmış 14 xanlıqdan ilk müstəqili Şəki xanlığı olub. Şəki xanı Hacı Çələbi xanlıq ətrafındakı Azərbaycan torpaqlarını birləşdirməyi və Şirvanşahlar dövlətini dirçəltməyi öz qarşısına məqsəd qoymuşdu. Şəki xanlığı Azərbaycanın güclü xanlıqlarından biri idi. Şəki şəhəri isə ölkənin iqtisadi və mədəni həyatında mühüm rol oynayırdı. Məlumdur ki, Çələbi xan Şəkidə məscid, mədrəsə və hamam kimi ictimai təyinatlı binalar tikdirib. Çələbi xanın sülaləsi müstəqil Şəki xanlğını Rusiya Şimali Azərbaycanı işğal edənə qədər idarə edib. 1772-ci ildə sel Şəki şəhərini tamamilə dağıtdığına görə şəhər yeni yerdə yenidən salınıb. Yeni şəhərin strukturu çox maraqlıdır. Qurcanaçayın dolanbac məcrası boyunca yerləşməsi isə Şəkinin mənzərəsini daha da gözəlləşdirir. Şəhərin mərkəzi magistralı olan bu çay tikinti işlərinin və şəhər planlaşmasının mürəkkəb relyefə uyğunlaşdırılmasını şərtləndirib. Şəhərdə inşa işləri eyni vaxtda aparıldığından burada müəyyən memarlıq-şəhərsalma vəhdəti mövcuddur. Şəki rayonunda xeyli məscid var. Şəki şəhərindəki məscidlər onların arasında xüsusi yer tutur. Digər şəhərlərdə olduğu kimi Şəki şəhərində də ibadət ocaqları iri cümə məscidlərindən və kiçik məhəllə məscidlərindən ibarətdir. Məscidlərin əksərinin quruluşu eynidir: açıq eyvan, onun arxasında isə uzunsov düzbucaqlı şəklində ibadət zalı. Böyük aşırımlı örtükləri saxlamaq üçün bir qayda olaraq məscid binalarında daş, yaxud ağacdan sıra-sıra dirəklər qoyulur. Alçaq evlərin və yaşıllığa qərq olmuş bağların fonunda 25-40 metr hündürlüyə ucalan minarələr dini tikililərin kompozisiyasında mühüm yer tutur. Minarələr adətən məsciddən 8-15 metr aralıda ucaldılır. Lakin elə məscidlər var ki, onların minarələri binanın əsas hissəsinə daxildir. İbadət ocaqlarının, o cümlədən cümə məscidlərinin interyeri çox sadədir. İnteryerlərin komposiziya mərkəzi olan mehrabların tərtibatı da sadəliyi ilə şeçilir. XIX əsrin əvvəllərində inşa edilmiş Ömər Əfəndi məscidi özünün ilkin variantını qoruyub saxlayıb. Sovet dövündə uzun müddət bu məsciddən anbar kimi istifadə edilib. 1950-ci ildən sonra isə məscidin fəaliyyəti bərpa olunub. 1986-cı ildə məsciddə yanğın baş verib. 1987-ci ildə Şəki Cümə məscidinin imamı Hacı Səlim Əfəndinin rəhbərliyi və yerli camaatın maliyyə dəstəyi ilə məscid təmir edilib.