Fərhadbəyovların yaşayış evi
XIX əsr
Mədəni irs nümunəsinin adı: | Fərhadbəyovların yaşayış evi |
---|---|
Ünvan & Əlaqə nömrəsi: | Şəki şəhəri, 3-cü rayon, M.Hüseynzadə küçəsi, 10, ev 6 |
Xüsusi Qeydlər: | Şəhərin yuxarı hissəsində, M.Hüseynzadə küçəsində yerləşir. XVIII-XIX əsrlərdə seldən sonra tikilmiş abidələr arasında xüsusi yer tutur. Evin sahibi Fərhad bəy olub. Həyətyanı sahəsi 600 kvadratmetrdir. Həyətində bostan və talvar var. Evin divarlarının qalınlığı 90 santimetrdir. Ev çiy kərpic və çay daşından tikilib. Hörgüsündə əhəngdən istifadə olunub. İkimərtəbəlidir. Otaqların hündürlüyü birinci mərtəbədə 2,2 metr, ikinci mərtəbədə 3,3 metrdir. Birinci mərtəbə hər birinin şüşəbənd-eyvana çıxışı olan üç otaqdan ibarətdir. Otaqların ikisində buxarı, taxça və rəflər var. Qapılar ikitaylıdır. İkinci mərtəbədə ayrıca iki otaq və bir-biri ilə əlaqəsi olan dörd otaq var. Pəncərəaltıların hündürlüyü 30 santimetrdir, tavandan 60-70 santimetr məsafədə bəzək əşyaları üçün taxçalar var. Evin ara hissəsində də eyvan var. Eyvana bəzəkli taxtalardan sütunlar qoyulub. Kiçik otaqların pəncərələrinin yarısı şəbəkəlidir. Binanın üstü kirəmitlə örtülüb. Evin baş fasadında yerləşən giriş xüsusi maraq doğurur. Tağla işlənmiş qapısız girişdən ikinci mərtəbəyə pilləkən qalxır. Tağın üstündən divara iki keçi başı skeleti vurulub. Qədim inanclara görə, bu, ailəni bəd nəzərdən qoruyur və evə ruzi-bərəkət gətirir. Ev Fərhad bəyin öz zamanında satılıb. Təmir zamanı bəzi bəzəklər silinib, divar və döşəmələrdəki naxışlar artıq yoxdur. |
Fərhadbəyovların yaşayış evi
XIX əsr
Mədəni irs nümunəsinin adı:
Fərhadbəyovların yaşayış evi |
Ünvan & Əlaqə nömrəsi:
Şəki şəhəri, 3-cü rayon, M.Hüseynzadə küçəsi, 10, ev 6 |
Xüsusi Qeydlər:
Şəhərin yuxarı hissəsində, M.Hüseynzadə küçəsində yerləşir. XVIII-XIX əsrlərdə seldən sonra tikilmiş abidələr arasında xüsusi yer tutur. Evin sahibi Fərhad bəy olub.
Həyətyanı sahəsi 600 kvadratmetrdir. Həyətində bostan və talvar var.
Evin divarlarının qalınlığı 90 santimetrdir. Ev çiy kərpic və çay daşından tikilib. Hörgüsündə əhəngdən istifadə olunub. İkimərtəbəlidir. Otaqların hündürlüyü birinci mərtəbədə 2,2 metr, ikinci mərtəbədə 3,3 metrdir.
Birinci mərtəbə hər birinin şüşəbənd-eyvana çıxışı olan üç otaqdan ibarətdir. Otaqların ikisində buxarı, taxça və rəflər var. Qapılar ikitaylıdır.
İkinci mərtəbədə ayrıca iki otaq və bir-biri ilə əlaqəsi olan dörd otaq var. Pəncərəaltıların hündürlüyü 30 santimetrdir, tavandan 60-70 santimetr məsafədə bəzək əşyaları üçün taxçalar var.
Evin ara hissəsində də eyvan var. Eyvana bəzəkli taxtalardan sütunlar qoyulub. Kiçik otaqların pəncərələrinin yarısı şəbəkəlidir. Binanın üstü kirəmitlə örtülüb.
Evin baş fasadında yerləşən giriş xüsusi maraq doğurur. Tağla işlənmiş qapısız girişdən ikinci mərtəbəyə pilləkən qalxır. Tağın üstündən divara iki keçi başı skeleti vurulub. Qədim inanclara görə, bu, ailəni bəd nəzərdən qoruyur və evə ruzi-bərəkət gətirir.
Ev Fərhad bəyin öz zamanında satılıb. Təmir zamanı bəzi bəzəklər silinib, divar və döşəmələrdəki naxışlar artıq yoxdur. |