Ağabala müəllimin yaşayış evi (Teymur Xəlilovun evi)
XIX əsr
Mədəni irs nümunəsinin adı: | Ağabala müəllimin yaşayış evi (Teymur Xəlilovun evi) |
---|---|
Ünvan & Əlaqə nömrəsi: | Cəlil Xəlilov küçəsi, 5 |
Xüsusi Qeydlər: | XIX əsrdə inşa edilmiş bu qədim yaşayış mülkü iki mərtəbədən ibarətdir. Hazırda mülkdə Ağabala müəllim öz ailə üzvləri ilə yaşayır. Tikintisi zamanı yerli inşaat materiallarından istifadə olunub: bünövrəsi çay daşından qoyulub, divarları isə bişmiş kərpicdən hörülüb. Mülk dörd otaq və otaqlararası dəhlizdən ibarətdir. İki otaq birinci mərtəbədə, iki otaq ikinci mərtəbədə yerləşir. Otaqların ön hissəsi eyvan olub. Hazırda dəyişiklik yalnız eyvanın şüşəbəndlə əvəz olunmasındadır. Mülkün ümumi görünüşü qənaətbəxşdir. Bu mülkdə görkəmli jurnalist Teymur Xəlilov yaşayıb. Teymur Xəlilovun həm ata, həm də ana nəsli "Axundlar" kimi tanınır. Teymur müəllimin atası Abuzər Xəlilov, anası Firuzə xanımdır. Firuzə xanım Abuzər Xəlilovun dayısı qızı - Axund Cabbarın qızıdır. Axund Cabbar Pişnamazzadələr soyundandır. Teymur müəllimin əmisi Əliheydər Xəlilov Axund Cabbarın digər qızı Kübra xanımla evlənib. 1915-ci ildə Şəkidə gimnaziyanı bitirən Abuzər Xəlilov həm də gözəl din bilicisi olduğu üçün “Axund Abuzər” kimi tanınırdı. Ona görə də bu nəsil “Axundlar” adlanır. |
Ağabala müəllimin yaşayış evi (Teymur Xəlilovun evi)
XIX əsr
Mədəni irs nümunəsinin adı:
Ağabala müəllimin yaşayış evi (Teymur Xəlilovun evi) |
Ünvan & Əlaqə nömrəsi:
Cəlil Xəlilov küçəsi, 5 |
Xüsusi Qeydlər:
XIX əsrdə inşa edilmiş bu qədim yaşayış mülkü iki mərtəbədən ibarətdir. Hazırda mülkdə Ağabala müəllim öz ailə üzvləri ilə yaşayır. Tikintisi zamanı yerli inşaat materiallarından istifadə olunub: bünövrəsi çay daşından qoyulub, divarları isə bişmiş kərpicdən hörülüb. Mülk dörd otaq və otaqlararası dəhlizdən ibarətdir. İki otaq birinci mərtəbədə, iki otaq ikinci mərtəbədə yerləşir. Otaqların ön hissəsi eyvan olub. Hazırda dəyişiklik yalnız eyvanın şüşəbəndlə əvəz olunmasındadır. Mülkün ümumi görünüşü qənaətbəxşdir. Bu mülkdə görkəmli jurnalist Teymur Xəlilov yaşayıb. Teymur Xəlilovun həm ata, həm də ana nəsli "Axundlar" kimi tanınır. Teymur müəllimin atası Abuzər Xəlilov, anası Firuzə xanımdır. Firuzə xanım Abuzər Xəlilovun dayısı qızı - Axund Cabbarın qızıdır. Axund Cabbar Pişnamazzadələr soyundandır. Teymur müəllimin əmisi Əliheydər Xəlilov Axund Cabbarın digər qızı Kübra xanımla evlənib. 1915-ci ildə Şəkidə gimnaziyanı bitirən Abuzər Xəlilov həm də gözəl din bilicisi olduğu üçün “Axund Abuzər” kimi tanınırdı. Ona görə də bu nəsil “Axundlar” adlanır. |