MADDİ-MƏDƏNİ İRS

Köhnə su kəməri

XVIII əsr

Mədəni irs nümunəsinin adı: Köhnə su kəməri
Ünvan & Əlaqə nömrəsi: Şəki şəhəri, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, 88
Xüsusi Qeydlər: XVIII əsrdə taclıq su mənbəyi əsasında əhənglə tikilmiş, iri diametrli gil borularla şəhərin yuxarı hissəsinə çəkilmiş su kəməridir. Borular ayrılan yerlərdə həcmi 1 kub arşın olan kiçicik su anbarları düzəldilib. Bu anbarların hər biri daxildən bişmiş kərpiclə hörülüb, oraya iri diametrli boru daxil edilib, həmin borudan isə iki və ya üç kiçik ölçülü borular çıxır. Qədim su kəməri küçə və meydanlarda müxtəlif evlərə yönəldilir, su xüsusi ucluqlarla qoz ağacından düzəldilmiş təknələrə tökülməklə paylanılırdı. Bu suya el arasında "taclıq suyu" – "ağ su" deyilir. Bəzi yazılı mənbələrdə göstərilir ki, ağ su işlədilən ərazidə yaşayan ailələr şəhərin aşağı hissəsində yaşayan, qara sudan istifadə edən ailələrə qız verməzmişlər. Çox hissəsi dövrümüzə gəlib çatmasa da, hazırda şəhərin yuxarı hissəsindəki Giləhli və Gəncəli məhəllələrində yaşayan ailələr bu su kəmərindən axan sudan istifadə edirlər. Qədim su kəməri üzərindəki bina 1924-1930-cu illərdə təmir edilib. Burada üç anbar, iki filtrtəmizləyici hovuz var. Buradan su şəhərə paylanır. Anbarda 6 ədəd gözlük var. Onlardan 4-ü ehtiyat gözlük hesab olunur. İçində 5-6 ədəd hovuz var. Tikintisində daş, sement və kirəcdən istifadə olunub.

Köhnə su kəməri

XVIII əsr

Mədəni irs nümunəsinin adı:
Köhnə su kəməri
Ünvan & Əlaqə nömrəsi:
Şəki şəhəri, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, 88
Xüsusi Qeydlər:
XVIII əsrdə taclıq su mənbəyi əsasında əhənglə tikilmiş, iri diametrli gil borularla şəhərin yuxarı hissəsinə çəkilmiş su kəməridir. Borular ayrılan yerlərdə həcmi 1 kub arşın olan kiçicik su anbarları düzəldilib. Bu anbarların hər biri daxildən bişmiş kərpiclə hörülüb, oraya iri diametrli boru daxil edilib, həmin borudan isə iki və ya üç kiçik ölçülü borular çıxır. Qədim su kəməri küçə və meydanlarda müxtəlif evlərə yönəldilir, su xüsusi ucluqlarla qoz ağacından düzəldilmiş təknələrə tökülməklə paylanılırdı. Bu suya el arasında "taclıq suyu" – "ağ su" deyilir. Bəzi yazılı mənbələrdə göstərilir ki, ağ su işlədilən ərazidə yaşayan ailələr şəhərin aşağı hissəsində yaşayan, qara sudan istifadə edən ailələrə qız verməzmişlər. Çox hissəsi dövrümüzə gəlib çatmasa da, hazırda şəhərin yuxarı hissəsindəki Giləhli və Gəncəli məhəllələrində yaşayan ailələr bu su kəmərindən axan sudan istifadə edirlər. Qədim su kəməri üzərindəki bina 1924-1930-cu illərdə təmir edilib. Burada üç anbar, iki filtrtəmizləyici hovuz var. Buradan su şəhərə paylanır. Anbarda 6 ədəd gözlük var. Onlardan 4-ü ehtiyat gözlük hesab olunur. İçində 5-6 ədəd hovuz var. Tikintisində daş, sement və kirəcdən istifadə olunub.