MADDİ-MƏDƏNİ İRS

Əliyevlərin yaşayış evi (Pedaqoji Kollecin yerləşdiyi bina)

XIX

Vaxtilə Məmmədsadıq Əliyev ata-baba yurdundan - Qullar məhəlləsindən çıxaraq Bazarbaşı məhəlləsində mülk tikdirib. Məmmədsadıq Əliyev xeyriyyəçiliklə məşğul olub.

Mədəni irs nümunəsinin adı: Əliyevlərin yaşayış evi (Pedaqoji Kollecin yerləşdiyi bina)
Ünvan & Əlaqə nömrəsi: Şəki şəhəri, Gənclər küçəsi, 23
Məlumat: Vaxtilə Məmmədsadıq Əliyev ata-baba yurdundan - Qullar məhəlləsindən çıxaraq Bazarbaşı məhəlləsində mülk tikdirib. Məmmədsadıq Əliyev xeyriyyəçiliklə məşğul olub.
Xüsusi Qeydlər: Deyilənlərə görə, Məmmədsadıq Əliyev sadə, ortabab bir ailənin oğlu olub. Sonralar ticarətlə məşğul olmağa başlayıb, xalq arasında sadə, vicdanlı və mərhəmətli bir tacir kimi tanınıb. Onun ticarət əlaqələri Azərbaycandan kənarda da məşhur imiş. Məmmədsadıq Əliyev gördüyü işlərin müqabilində çar Rusiyasına patent verirmiş. Onun ticarət anbarının hazırda M.F.Axundzadə prospektinə tərəf baxan divarında "Patent Rossii" sözləri yazılmış lövhə son dövrlərə qədər qalırmış. Həyətin giriş hissəsində yerləşən bina 12 otaqdan ibarətdir. Vaxtilə yataqxana kimi istifadə olunan bu binadan hazırda fənn kabinələri, yeməkxana və iclas zalı kimi istifadə edilir. Həyətin ortasındakı ikinci bina daha genişdir, 44 otaqdan ibarətdir. Otaqlardan fənn kabinələri, sinif otaqları və müəllimlər otağı kimi istifadə olunur. Kollec rəhbərliyi də bu binada yerləşir. Bu binanın hər tərəfi aynabəndə alınıb. Dəhlizlərdə öz dövründə qurulmuş, qapılarla örtülən dolabları, o dövrün dəbdə olan divar sobaları indi də qalmaqdadır. Əliyevlərin binası dəfələrlə təmir və bərpa edilsə də simasını dəyişməyib. Pedaqoji Kollecin rəhbərliyi Əliyevlərin mülkünün qorunub saxlanılmasına qayğı ilə yanaşır.

Əliyevlərin yaşayış evi (Pedaqoji Kollecin yerləşdiyi bina)

XIX

Vaxtilə Məmmədsadıq Əliyev ata-baba yurdundan - Qullar məhəlləsindən çıxaraq Bazarbaşı məhəlləsində mülk tikdirib. Məmmədsadıq Əliyev xeyriyyəçiliklə məşğul olub.

Mədəni irs nümunəsinin adı:
Əliyevlərin yaşayış evi (Pedaqoji Kollecin yerləşdiyi bina)
Ünvan & Əlaqə nömrəsi:
Şəki şəhəri, Gənclər küçəsi, 23
Məlumat:
Vaxtilə Məmmədsadıq Əliyev ata-baba yurdundan - Qullar məhəlləsindən çıxaraq Bazarbaşı məhəlləsində mülk tikdirib. Məmmədsadıq Əliyev xeyriyyəçiliklə məşğul olub.
Xüsusi Qeydlər:
Deyilənlərə görə, Məmmədsadıq Əliyev sadə, ortabab bir ailənin oğlu olub. Sonralar ticarətlə məşğul olmağa başlayıb, xalq arasında sadə, vicdanlı və mərhəmətli bir tacir kimi tanınıb. Onun ticarət əlaqələri Azərbaycandan kənarda da məşhur imiş. Məmmədsadıq Əliyev gördüyü işlərin müqabilində çar Rusiyasına patent verirmiş. Onun ticarət anbarının hazırda M.F.Axundzadə prospektinə tərəf baxan divarında "Patent Rossii" sözləri yazılmış lövhə son dövrlərə qədər qalırmış. Həyətin giriş hissəsində yerləşən bina 12 otaqdan ibarətdir. Vaxtilə yataqxana kimi istifadə olunan bu binadan hazırda fənn kabinələri, yeməkxana və iclas zalı kimi istifadə edilir. Həyətin ortasındakı ikinci bina daha genişdir, 44 otaqdan ibarətdir. Otaqlardan fənn kabinələri, sinif otaqları və müəllimlər otağı kimi istifadə olunur. Kollec rəhbərliyi də bu binada yerləşir. Bu binanın hər tərəfi aynabəndə alınıb. Dəhlizlərdə öz dövründə qurulmuş, qapılarla örtülən dolabları, o dövrün dəbdə olan divar sobaları indi də qalmaqdadır. Əliyevlərin binası dəfələrlə təmir və bərpa edilsə də simasını dəyişməyib. Pedaqoji Kollecin rəhbərliyi Əliyevlərin mülkünün qorunub saxlanılmasına qayğı ilə yanaşır.