Dadanovların yaşayış evi, 5 bina (İnternat məktəbinin binası)
XIX
Mədəni irs nümunəsinin adı: | Dadanovların yaşayış evi, 5 bina (İnternat məktəbinin binası) |
---|---|
Ünvan & Əlaqə nömrəsi: | Şəki şəhəri, Mirzə Fətəli Axundzadə prospekti, 164 |
Xüsusi Qeydlər: | Məşhur Şəki milyonçusu Hacı Məhəmmədsadıq Əliyevin qızı Tükəzban xanımın əri Məşədi Xəlil Dadanov zəngin və xeyirxah bir insan olub. Hacı Məhəmmədsadıq Əliyevlə qohum olana kimi Dadanovlar elə də imkanlı olmayıblar. Amma qoçu xislətli olduqlarına görə Hacı Məhəmmədsadıq Əliyev onlarla qohumluğa üstünlük verib. Məşədi Xəlil “Uyezdnaya şkola”da dörd sinfi bitirdikdən sonra təhsilini Peterburqda davam etdirib. O, indi internat məktəbi kimi fəaliyyət göstərən bu yaraşıqlı binada vaxtilə qayınatası Hacının köməyi, məsləhəti və uzaqgörənliyi ilə tütün və maxorka ixracı işinə baxıb, dörd qardaşı ilə birgə varlanıb adlı-sanlı sahibkar olub. Dadanovların mülkü Şəki memarlığına xas milli ornamentləri əks etdirən, memarlıq üslubu və rahat şəraiti ilə diqqət çəkən beş binadan ibarətdir. Binalar eyni vaxtda, usta Rza Qafarovun rəhbərliyi ilə tikilib. Fasad quruluşuna və planında dəhlizlərin yerləşməsinə görə binalar bir-birinə çox bənzəyir. Binaların inşasında yerli tikinti materiallarından – çay daşı, qırmızı kərpic, əhəng və meşə ağaclarından istifadə edilib. Mülkdə ümumilikdə 39 otaq var. Birinci binanın ümumi sahəsi 760 kvadratmetrdir. Vaxtilə tütün maxorka fabriki kimi istifadə olunmuş bu bina üçmərtəbəlidir, yeddi otaqdan ibarətdir. Birinci mərtəbəsindən anbar kimi, ikinci və üçüncü mərtəbələrindən isə sinif otaqları kimi istifadə edilir. İkinci binanın ümumi sahəsi 763 kvadratmetrdir. Üçmərtəbəlidir, on iki otağı var. Məktəb rəhbərliyinin otaqları və məşğələ otaqları bu binada yerləşir. Üçüncü binanın ümumi sahəsi 218 kvadratmetrdir. Yataqxana kimi istifadə olunan bina üç otaqdan ibarətdir. Dördüncü binanın ümumi sahəsi 392 kvadratmetrdir. İkimərtəbəli binada yeddi otaq yerləşir. Birinci mərtəbəsindən anbar, ikinci mərtəbəsindən sinif otaqları kimi istifadə edilir. |
Dadanovların yaşayış evi, 5 bina (İnternat məktəbinin binası)
XIX
Mədəni irs nümunəsinin adı:
Dadanovların yaşayış evi, 5 bina (İnternat məktəbinin binası) |
Ünvan & Əlaqə nömrəsi:
Şəki şəhəri, Mirzə Fətəli Axundzadə prospekti, 164 |
Xüsusi Qeydlər:
Məşhur Şəki milyonçusu Hacı Məhəmmədsadıq Əliyevin qızı Tükəzban xanımın əri Məşədi Xəlil Dadanov zəngin və xeyirxah bir insan olub. Hacı Məhəmmədsadıq Əliyevlə qohum olana kimi Dadanovlar elə də imkanlı olmayıblar. Amma qoçu xislətli olduqlarına görə Hacı Məhəmmədsadıq Əliyev onlarla qohumluğa üstünlük verib.
Məşədi Xəlil “Uyezdnaya şkola”da dörd sinfi bitirdikdən sonra təhsilini Peterburqda davam etdirib. O, indi internat məktəbi kimi fəaliyyət göstərən bu yaraşıqlı binada vaxtilə qayınatası Hacının köməyi, məsləhəti və uzaqgörənliyi ilə tütün və maxorka ixracı işinə baxıb, dörd qardaşı ilə birgə varlanıb adlı-sanlı sahibkar olub.
Dadanovların mülkü Şəki memarlığına xas milli ornamentləri əks etdirən, memarlıq üslubu və rahat şəraiti ilə diqqət çəkən beş binadan ibarətdir. Binalar eyni vaxtda, usta Rza Qafarovun rəhbərliyi ilə tikilib. Fasad quruluşuna və planında dəhlizlərin yerləşməsinə görə binalar bir-birinə çox bənzəyir.
Binaların inşasında yerli tikinti materiallarından – çay daşı, qırmızı kərpic, əhəng və meşə ağaclarından istifadə edilib. Mülkdə ümumilikdə 39 otaq var.
Birinci binanın ümumi sahəsi 760 kvadratmetrdir. Vaxtilə tütün maxorka fabriki kimi istifadə olunmuş bu bina üçmərtəbəlidir, yeddi otaqdan ibarətdir. Birinci mərtəbəsindən anbar kimi, ikinci və üçüncü mərtəbələrindən isə sinif otaqları kimi istifadə edilir.
İkinci binanın ümumi sahəsi 763 kvadratmetrdir. Üçmərtəbəlidir, on iki otağı var. Məktəb rəhbərliyinin otaqları və məşğələ otaqları bu binada yerləşir.
Üçüncü binanın ümumi sahəsi 218 kvadratmetrdir. Yataqxana kimi istifadə olunan bina üç otaqdan ibarətdir.
Dördüncü binanın ümumi sahəsi 392 kvadratmetrdir. İkimərtəbəli binada yeddi otaq yerləşir. Birinci mərtəbəsindən anbar, ikinci mərtəbəsindən sinif otaqları kimi istifadə edilir. |