Sabit Rəhmanın ev-muzeyi
XX əsr
Mədəni irs nümunəsinin adı: | Sabit Rəhmanın ev-muzeyi |
---|---|
Ünvan & Əlaqə nömrəsi: | Şəki şəhəri, Ağvanlar məhəlləsi, 21 |
Xüsusi Qeydlər: | Binanı 26 mart 1910-cu ildə Sabit Rəhmanın atası Rəhman Əfəndi tikdirib. Sabit Rəhman burada anadan olub. XX əsrin əvvəllərində əksər binalar və hasarlar çiy kərpicdən tikilirdi. Rəhman Əfəndi isə binanı daşdan tikdirib, sonra məhəllədə ilk daş hasar da çəkdirib. Elə bu səbəbdən də bu nəsil “Daşagirənlər” adlanırdı. Bina ikimərtəbəlidir. Birinci mərtəbədə iki otaq və dəhliz, otaqların birində gözəl naxışlarla işlənmiş buxarı və böyük divar sobası var. 2000-ci ildə bərpasına başlanan bina 2001-ci ilin iyun ayının 8-də Sabit Rəhmanın ev-muzeyi kimi istifadəyə verilib. Böyük ekspozisiya zalında Sabit Rəhmanın şəxsi əşyaları, üzərində yazıb-yaratdığı masa, uşaqlıq və gənclik illərində çaldığı royal nümayiş etdirilir. Üzeyir bəy Hacıbəyli vaxtilə Sabitin bu royalda ifasını dinləyib və çox bəyənib, ona bu işi davam etdirməyi məsləhət görüb. Lektoriya zalında Sabit Rəhmanın oğlu, 600-dən çox mahnının müəllifi bəstəkar Emin Sabitoğluna aid eksponatlar, üçüncü otaqda ailənin məişət əşyaları, dördüncü otaqda isə dramaturqun 50 illik yubileyində verilmiş hədiyyələr sərgilənir. Ev-muzeydə bütövlükdə 460-a yaxın eksponat saxlanılır. |
Sabit Rəhmanın ev-muzeyi
XX əsr
Mədəni irs nümunəsinin adı:
Sabit Rəhmanın ev-muzeyi |
Ünvan & Əlaqə nömrəsi:
Şəki şəhəri, Ağvanlar məhəlləsi, 21 |
Xüsusi Qeydlər:
Binanı 26 mart 1910-cu ildə Sabit Rəhmanın atası Rəhman Əfəndi tikdirib. Sabit Rəhman burada anadan olub. XX əsrin əvvəllərində əksər binalar və hasarlar çiy kərpicdən tikilirdi. Rəhman Əfəndi isə binanı daşdan tikdirib, sonra məhəllədə ilk daş hasar da çəkdirib. Elə bu səbəbdən də bu nəsil “Daşagirənlər” adlanırdı.
Bina ikimərtəbəlidir. Birinci mərtəbədə iki otaq və dəhliz, otaqların birində gözəl naxışlarla işlənmiş buxarı və böyük divar sobası var.
2000-ci ildə bərpasına başlanan bina 2001-ci ilin iyun ayının 8-də Sabit Rəhmanın ev-muzeyi kimi istifadəyə verilib.
Böyük ekspozisiya zalında Sabit Rəhmanın şəxsi əşyaları, üzərində yazıb-yaratdığı masa, uşaqlıq və gənclik illərində çaldığı royal nümayiş etdirilir. Üzeyir bəy Hacıbəyli vaxtilə Sabitin bu royalda ifasını dinləyib və çox bəyənib, ona bu işi davam etdirməyi məsləhət görüb.
Lektoriya zalında Sabit Rəhmanın oğlu, 600-dən çox mahnının müəllifi bəstəkar Emin Sabitoğluna aid eksponatlar, üçüncü otaqda ailənin məişət əşyaları, dördüncü otaqda isə dramaturqun 50 illik yubileyində verilmiş hədiyyələr sərgilənir. Ev-muzeydə bütövlükdə 460-a yaxın eksponat saxlanılır. |