MADDİ-MƏDƏNİ İRS

Minarə

XIX əsr (1880)

Mədəni irs nümunəsinin adı: Minarə
Ünvan & Əlaqə nömrəsi: Şəki şəhəri, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, 62
Xüsusi Qeydlər: Əzəməti, gözəl biçimi, hündürlüyü və memarlıq elemetləri ilə diqqət çəkən bu qocaman abidə Şəkinin Yuxarı Baş məhəlləsində, 1-ci rayonda, Əbdürrəhim bəy Haqverdiyev küçəsində yerləşir. Deyilənlərə görə, vaxtilə burada Cümə məscidi olub. Hazırda məscid binasının yalnız özülü qalıb. Minarə isə məscid binasından ayrı tikilib. Minarənin üstündəki qısa qeyddə onun 1880-ci ildə inşa olunduğu göstərilir. Minarənın qarşısındakı məzarın başdaşındakı yazıdan aydın olur ki, burada böyük alim Mustafa Əfəndi dəfn edilib. Minarəyə bitişik hörülən başdaşında yazılıb: “Miladi tarixlə 24 iyul 1882; Hicri tarixlə 21 ramazan 1299. Bu məqbərə Məhəmməd Əfəndinin oğlu, mömin, fəzilətli Mustafa Əfəndinin. Cümə günü (vəfat edib). Ruhuna Fatihə”. Haşiyədə belə bir qeyd də var: “İsmi pakı həmişə yad edəlim. Ruhunu Fahitə ilə şad edəlim”. Mustafa Əfəndinin məzarı bir daha burada Cümə məscidinin olmasından xəbər verir. Cümə məscidləri mədəniyyət mərkəzləri hesab edilirdi. Görünür, Mustafa Əfəndi Cümənin müdərrisi olub və məscidlə minarə onun təşəbbüsü ilə tikilib. Xalq arasında bura Mustafa Piri də deyirlər. Mustafa Əfəndinin oğullarından biri - Mir Rövşən Əfəndiyev 1893-cü ildə Şəkidə açılmış yeni milli məktəbdə rus dili müəllimi işləyib. Məktəb qısa müddətə bağlansa da, 1906-cı ildə yenidən fəaliyyətə başlayıb.

Minarə

XIX əsr (1880)

Mədəni irs nümunəsinin adı:
Minarə
Ünvan & Əlaqə nömrəsi:
Şəki şəhəri, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, 62
Xüsusi Qeydlər:
Əzəməti, gözəl biçimi, hündürlüyü və memarlıq elemetləri ilə diqqət çəkən bu qocaman abidə Şəkinin Yuxarı Baş məhəlləsində, 1-ci rayonda, Əbdürrəhim bəy Haqverdiyev küçəsində yerləşir. Deyilənlərə görə, vaxtilə burada Cümə məscidi olub. Hazırda məscid binasının yalnız özülü qalıb. Minarə isə məscid binasından ayrı tikilib. Minarənin üstündəki qısa qeyddə onun 1880-ci ildə inşa olunduğu göstərilir. Minarənın qarşısındakı məzarın başdaşındakı yazıdan aydın olur ki, burada böyük alim Mustafa Əfəndi dəfn edilib. Minarəyə bitişik hörülən başdaşında yazılıb: “Miladi tarixlə 24 iyul 1882; Hicri tarixlə 21 ramazan 1299. Bu məqbərə Məhəmməd Əfəndinin oğlu, mömin, fəzilətli Mustafa Əfəndinin. Cümə günü (vəfat edib). Ruhuna Fatihə”. Haşiyədə belə bir qeyd də var: “İsmi pakı həmişə yad edəlim. Ruhunu Fahitə ilə şad edəlim”. Mustafa Əfəndinin məzarı bir daha burada Cümə məscidinin olmasından xəbər verir. Cümə məscidləri mədəniyyət mərkəzləri hesab edilirdi. Görünür, Mustafa Əfəndi Cümənin müdərrisi olub və məscidlə minarə onun təşəbbüsü ilə tikilib. Xalq arasında bura Mustafa Piri də deyirlər. Mustafa Əfəndinin oğullarından biri - Mir Rövşən Əfəndiyev 1893-cü ildə Şəkidə açılmış yeni milli məktəbdə rus dili müəllimi işləyib. Məktəb qısa müddətə bağlansa da, 1906-cı ildə yenidən fəaliyyətə başlayıb.