MADDİ-MƏDƏNİ İRS

Şəkixanovların evi

XVIII əsr

Mədəni irs nümunəsinin adı: Şəkixanovların evi
Ünvan & Əlaqə nömrəsi: Şəki şəhəri, Otaq eşiyi məhəlləsi, Hikmət Ələkbərzadə küçəsi, 21
Xüsusi Qeydlər: Şəkixanovların evi - dekorativ elementlərlə zəngin, saray tipli yaşayış evidir. Qaladan bir qədər uzaqda, Şəki Xan sarayından qərbdə, Otaq eşiyi məhəlləsində, XVIII əsrin ikinci yarısında şəbəkə üsulu ilə tikilib. Dəfələrlə aparılan araşdırmalar sübuta yetirib ki, bu tikilinin interyerindəki divar naxışları Xan sarayının divarına naxışların vurulmağa başlandığı dövrə, XVIII əsrin ikinci yarısına aiddir. Şəkixanovların evində Şəki xanlarının qohumları yaşayıb. İrəli uzanmış, düzbucaqlı formada olan ikimərtəbəli bina çiy kərpicdən tikilib, 6 otaqdan, 2 dəhlizdən ibarətdir. Daxili dekorativ elementlərinin zənginliyi ilə Şəkixanovların evi saray tipli evləri xatırladır. Birinci mərtəbədəki otaqlar qış yaşayış otaqlarıdır. Bu otaqlarda buxarılar qurulub. Şəkililər adətən qışı evin birinci mərtəbəsində keçirirlər. Şəkixanovların evinin fasadının aşağı hissəsinin sadə tikilişi Şəkidəki digər yaşayış evlərinin aşağı mərtəbələrinin tikilişinə çox uyğun gəlir. Burada ornament və naxış demək olar ki, yoxdur, hətta buxarı belə bəzədilməyib. İkinci mərtəbənin divarları süjetli və ornamentli naxışlarla işlənib. İkinci mərtəbədəki salonun interyerində əsas yeri eninə yerləşən dekorativ buxarı təşkil edir. Buxarının yanlarından divara dərin olmayan düzbucaqlı taxçalar yerləşdirilib. Taxçalar Azərbaycanın dahi şairi Nizami Gəncəvinin “Yeddi gözəl”, “Leyli və Məcnun” poemalarının motivləri əsasında çəkilmiş miniatür rəsmlər, heyvan və quş təsvirləri ilə bəzədilib və üstü çox mürəkkəb olmayan bəzəkli stalaktidlə örtülüb. Salonun plafonu daha zəngin bəzədilib, burada 4 ədəd qanadlı qız - mələk təsvir olunub. Bütün bunlar XVIII-XIX əsrlərin ancaq heyvan və quş şəkilləri ilə bəzədilən divar naxışları ilə müqayisədə nadir nümunələr hesab edilir. Güzgü stalaktidinin mürəkkəb quruluşu salonun yuxarısından keçən karnizi təşkil edir. Salonun xarici divardan başqa bütün qalan sahəsi ornamentli şəbəkə ilə işlənib. Rəngbərəng şəbəkə salonun zəngin dekorasiyasını tamamlayır və zalın divarlarının bütün səthini tutur. Al-əlvan şüşələrdən düşən işıq divarlarda, döşəmədə və tavanda parlaqlıq yaradır. Bu evin memarlıq üslubu Azərbaycanın uzaq diyarlarında belə malikanə və saray tipli evlərin tikintisinə təsir edib. Şəkixanovların evi ilə ondan çox da uzaqda yerləşməyən Şəki Xan sarayı arasında uyğunluqlar kifayət qədərdir. Ehtimallara görə, Şəkixanovların evindəki divar rəsmlərinin müəllifi Firuz adlı rəssam olub. Onun Avropa boyakarlığı ilə az-çox tanış olduğu qeyd edilir. Ancaq Firuzun yerli, yoxsa gəlmə adam olduğu bilinmir. 13 aprel 2006-ci ildə Şəkixanovların evində olarkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi göstərişə əsasən, 2012-ci ilin noyabr ayında binanın əsaslı bərpasına başlanılıb. 2013-cü ilin avqust ayının 14-də dövlət başçısının iştirakı ilə binanın bərpadan sonra açılışı olub.

Şəkixanovların evi

XVIII əsr

Mədəni irs nümunəsinin adı:
Şəkixanovların evi
Ünvan & Əlaqə nömrəsi:
Şəki şəhəri, Otaq eşiyi məhəlləsi, Hikmət Ələkbərzadə küçəsi, 21
Xüsusi Qeydlər:
Şəkixanovların evi - dekorativ elementlərlə zəngin, saray tipli yaşayış evidir. Qaladan bir qədər uzaqda, Şəki Xan sarayından qərbdə, Otaq eşiyi məhəlləsində, XVIII əsrin ikinci yarısında şəbəkə üsulu ilə tikilib. Dəfələrlə aparılan araşdırmalar sübuta yetirib ki, bu tikilinin interyerindəki divar naxışları Xan sarayının divarına naxışların vurulmağa başlandığı dövrə, XVIII əsrin ikinci yarısına aiddir. Şəkixanovların evində Şəki xanlarının qohumları yaşayıb. İrəli uzanmış, düzbucaqlı formada olan ikimərtəbəli bina çiy kərpicdən tikilib, 6 otaqdan, 2 dəhlizdən ibarətdir. Daxili dekorativ elementlərinin zənginliyi ilə Şəkixanovların evi saray tipli evləri xatırladır. Birinci mərtəbədəki otaqlar qış yaşayış otaqlarıdır. Bu otaqlarda buxarılar qurulub. Şəkililər adətən qışı evin birinci mərtəbəsində keçirirlər. Şəkixanovların evinin fasadının aşağı hissəsinin sadə tikilişi Şəkidəki digər yaşayış evlərinin aşağı mərtəbələrinin tikilişinə çox uyğun gəlir. Burada ornament və naxış demək olar ki, yoxdur, hətta buxarı belə bəzədilməyib. İkinci mərtəbənin divarları süjetli və ornamentli naxışlarla işlənib. İkinci mərtəbədəki salonun interyerində əsas yeri eninə yerləşən dekorativ buxarı təşkil edir. Buxarının yanlarından divara dərin olmayan düzbucaqlı taxçalar yerləşdirilib. Taxçalar Azərbaycanın dahi şairi Nizami Gəncəvinin “Yeddi gözəl”, “Leyli və Məcnun” poemalarının motivləri əsasında çəkilmiş miniatür rəsmlər, heyvan və quş təsvirləri ilə bəzədilib və üstü çox mürəkkəb olmayan bəzəkli stalaktidlə örtülüb. Salonun plafonu daha zəngin bəzədilib, burada 4 ədəd qanadlı qız - mələk təsvir olunub. Bütün bunlar XVIII-XIX əsrlərin ancaq heyvan və quş şəkilləri ilə bəzədilən divar naxışları ilə müqayisədə nadir nümunələr hesab edilir. Güzgü stalaktidinin mürəkkəb quruluşu salonun yuxarısından keçən karnizi təşkil edir. Salonun xarici divardan başqa bütün qalan sahəsi ornamentli şəbəkə ilə işlənib. Rəngbərəng şəbəkə salonun zəngin dekorasiyasını tamamlayır və zalın divarlarının bütün səthini tutur. Al-əlvan şüşələrdən düşən işıq divarlarda, döşəmədə və tavanda parlaqlıq yaradır. Bu evin memarlıq üslubu Azərbaycanın uzaq diyarlarında belə malikanə və saray tipli evlərin tikintisinə təsir edib. Şəkixanovların evi ilə ondan çox da uzaqda yerləşməyən Şəki Xan sarayı arasında uyğunluqlar kifayət qədərdir. Ehtimallara görə, Şəkixanovların evindəki divar rəsmlərinin müəllifi Firuz adlı rəssam olub. Onun Avropa boyakarlığı ilə az-çox tanış olduğu qeyd edilir. Ancaq Firuzun yerli, yoxsa gəlmə adam olduğu bilinmir. 13 aprel 2006-ci ildə Şəkixanovların evində olarkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi göstərişə əsasən, 2012-ci ilin noyabr ayında binanın əsaslı bərpasına başlanılıb. 2013-cü ilin avqust ayının 14-də dövlət başçısının iştirakı ilə binanın bərpadan sonra açılışı olub.