MADDİ-MƏDƏNİ İRS

Hacı Musa ağanın yaşayış evi

XIX

Mədəni irs nümunəsinin adı: Hacı Musa ağanın yaşayış evi
Ünvan & Əlaqə nömrəsi: Fətəli xan Xoyski küçəsi, 69
Xüsusi Qeydlər: XVIII əsr abidəsidir. Qozdağarların və Nəbibəyovlar soyunun əhatəsində olan mülkün bir üzü qədim dağ yolu Arxüstünə, digər üzü isə tarixi yol olan İpək doqqaza tərəf əzəmətli bir malikanədir. Ev sahibəsinin qayınatasından eşitdiyinə görə, bu evin və onu əhatə edən hasarın üç əsrə yaxın tarixi var. Evin sahibəsi Nərgiz Səfərova ali təhsilli, tariximizə və mədəniyyətimizə bağlı bir xanımdır. Evdə müəyyən bir səliqəni yaradanda o, çalışıb ki, tarixi özəlliklərə xələl gəlməsin. Evi Hacı Musa ağa Hacızadə tikdirib. Hacı Musa ağa Fransada təhsil almış ilk şəkili olub. Ticarətlə məşğul olub. Şəhərdə böyük dükanları varmış. Ev ikimərtəbəli olmaqla 16 otaqdan ibarətdir. Divarların qalınlığı 90 santimetrdir. Tikintidə daş və kirəcdən istifadə olunub. İkinci mərtəbədə böyük zalın baş tərəfində cox əzəmətli, güzgülü, kəc işləməli, zəngin naxışlı, misilsiz gözəlliyi olan buxarı var. Belə buxarı artıq Şəki malikanələrinin çox az bir qismində qalıb. Bu mülkün eyvanının taxta oyma işləmələrinə heyranlıqla, həyəcanla baxırsan. Hazırda evdə Hacı Musa ağanın nəticəsi Hacıyev İlham öz ailəsi ilə yaşayır.

Hacı Musa ağanın yaşayış evi

XIX

Mədəni irs nümunəsinin adı:
Hacı Musa ağanın yaşayış evi
Ünvan & Əlaqə nömrəsi:
Fətəli xan Xoyski küçəsi, 69
Xüsusi Qeydlər:
XVIII əsr abidəsidir. Qozdağarların və Nəbibəyovlar soyunun əhatəsində olan mülkün bir üzü qədim dağ yolu Arxüstünə, digər üzü isə tarixi yol olan İpək doqqaza tərəf əzəmətli bir malikanədir. Ev sahibəsinin qayınatasından eşitdiyinə görə, bu evin və onu əhatə edən hasarın üç əsrə yaxın tarixi var. Evin sahibəsi Nərgiz Səfərova ali təhsilli, tariximizə və mədəniyyətimizə bağlı bir xanımdır. Evdə müəyyən bir səliqəni yaradanda o, çalışıb ki, tarixi özəlliklərə xələl gəlməsin. Evi Hacı Musa ağa Hacızadə tikdirib. Hacı Musa ağa Fransada təhsil almış ilk şəkili olub. Ticarətlə məşğul olub. Şəhərdə böyük dükanları varmış. Ev ikimərtəbəli olmaqla 16 otaqdan ibarətdir. Divarların qalınlığı 90 santimetrdir. Tikintidə daş və kirəcdən istifadə olunub. İkinci mərtəbədə böyük zalın baş tərəfində cox əzəmətli, güzgülü, kəc işləməli, zəngin naxışlı, misilsiz gözəlliyi olan buxarı var. Belə buxarı artıq Şəki malikanələrinin çox az bir qismində qalıb. Bu mülkün eyvanının taxta oyma işləmələrinə heyranlıqla, həyəcanla baxırsan. Hazırda evdə Hacı Musa ağanın nəticəsi Hacıyev İlham öz ailəsi ilə yaşayır.