MADDİ-MƏDƏNİ İRS

Tağlı körpülər

XVIII əsr

Mədəni irs nümunəsinin adı: Tağlı körpülər
Ünvan & Əlaqə nömrəsi: Şəki şəhəri, Qurcana çayı üzərində
Xüsusi Qeydlər: XVIII əsrdə Qurcana çayı üzərində salınmış tağlı körpülərdən dördü indiyə qədər qalmaqdadır. Bu körpülərin tikintisində bişmiş kərpic və əhəngdən istifadə olunub. Çayın sürətini azaltmaq üçün suyun içində atmalar (tullamalar) hörülüb, suyun qıraqlarına bərələr qoyulub. Körpülərin yük götürmə gücü çoxdur. Tağlı körpülərdən – Qaranlıq körpü və Yuxarı Karvansarayın qarşısındakı körpü 2010-cu ildə bərpa edilib. Yalnız 3 saylı məktəbin qarşısındakı körpü ikitağlıdır. Qurcana çayı üzərindəki bu körpülər M.F.Axundzadə prospekti boyu - Dərə hamamının, Yuxarı Karvansarayın, Aşağı Karvansarayın və 3 saylı orta məktəbin qarşısında yerləşir.

Tağlı körpülər

XVIII əsr

Mədəni irs nümunəsinin adı:
Tağlı körpülər
Ünvan & Əlaqə nömrəsi:
Şəki şəhəri, Qurcana çayı üzərində
Xüsusi Qeydlər:
XVIII əsrdə Qurcana çayı üzərində salınmış tağlı körpülərdən dördü indiyə qədər qalmaqdadır. Bu körpülərin tikintisində bişmiş kərpic və əhəngdən istifadə olunub. Çayın sürətini azaltmaq üçün suyun içində atmalar (tullamalar) hörülüb, suyun qıraqlarına bərələr qoyulub. Körpülərin yük götürmə gücü çoxdur. Tağlı körpülərdən – Qaranlıq körpü və Yuxarı Karvansarayın qarşısındakı körpü 2010-cu ildə bərpa edilib. Yalnız 3 saylı məktəbin qarşısındakı körpü ikitağlıdır. Qurcana çayı üzərindəki bu körpülər M.F.Axundzadə prospekti boyu - Dərə hamamının, Yuxarı Karvansarayın, Aşağı Karvansarayın və 3 saylı orta məktəbin qarşısında yerləşir.