Dərə hamamı
XIX əsr
Mədəni irs nümunəsinin adı: | Dərə hamamı |
---|---|
Ünvan & Əlaqə nömrəsi: | Şəki şəhəri, Hüseyn Əkbərov küçəsi, 5 |
Xüsusi Qeydlər: | XIX əsrdə sahibkar Məmmədnəbi bu hamamı torpağı qazdıraraq 6 metr dərinlikdə tikdirib. Hamam iki böyük zaldan və köməkçi otaqlardan ibarətdir. Hamamın çöl və ya bayır salon adlanan salonu, yuyunmaq üçün nəzərdə tutulmuş bir qrup başqa otaqları var. Soyunma otaqları köməkçi otaqlar vasitəsilə yuyunma salonuna birləşir. Hər salon yuxarıdan günbəzlə örtülüb. Günbəzlərdə işıq düşməsi üçün kiçik deşiklər var. Sabunlanma bölməsinin əks tərəfindən köməkçi binalara soyuq və isti su hovuzları birləşir. Bu hovuzlara "xəzinə" deyilir. Hamama su saxsı borular vasitəsilə yaxınlıqdakı qədim su kəmərindən verilib. Vaxtilə Şəkidə toy zamanı "bəy hamamı" mərasimləri burada təntənəli şəkildə olurmuş. Hamam 1980-ci illərə qədər fəaliyyət göstərib. Ümumi sahəsi 89 kvadratmetrdir. Soyunma otağı, çimmə otağı, bir nömrə və dəhlizdən ibarətdir. Soyunma yerinin sahəsi 120 kvadratmetrdir - eni 10 metr, uzunluğu 12 metr, hündürlüyü 13 metr. Nömrənin sahəsi 12 kvadratmetrdir - eni 3 metr, uzunluğu 4 metr. Çimmə otağının sahəsi 50 kvadratmetrdir - eni 5 metr, uzunluğu10 metr, hündürlüyü 8 metr. Divarın qalınlığı 80 santimetrdir. Bina bayırdan yer səviyyəsindən 6 metr aşağıdadır. |
Dərə hamamı
XIX əsr
Mədəni irs nümunəsinin adı:
Dərə hamamı |
Ünvan & Əlaqə nömrəsi:
Şəki şəhəri, Hüseyn Əkbərov küçəsi, 5 |
Xüsusi Qeydlər:
XIX əsrdə sahibkar Məmmədnəbi bu hamamı torpağı qazdıraraq 6 metr dərinlikdə tikdirib. Hamam iki böyük zaldan və köməkçi otaqlardan ibarətdir. Hamamın çöl və ya bayır salon adlanan salonu, yuyunmaq üçün nəzərdə tutulmuş bir qrup başqa otaqları var. Soyunma otaqları köməkçi otaqlar vasitəsilə yuyunma salonuna birləşir. Hər salon yuxarıdan günbəzlə örtülüb. Günbəzlərdə işıq düşməsi üçün kiçik deşiklər var. Sabunlanma bölməsinin əks tərəfindən köməkçi binalara soyuq və isti su hovuzları birləşir. Bu hovuzlara "xəzinə" deyilir. Hamama su saxsı borular vasitəsilə yaxınlıqdakı qədim su kəmərindən verilib. Vaxtilə Şəkidə toy zamanı "bəy hamamı" mərasimləri burada təntənəli şəkildə olurmuş. Hamam 1980-ci illərə qədər fəaliyyət göstərib.
Ümumi sahəsi 89 kvadratmetrdir.
Soyunma otağı, çimmə otağı, bir nömrə və dəhlizdən ibarətdir.
Soyunma yerinin sahəsi 120 kvadratmetrdir - eni 10 metr, uzunluğu 12 metr, hündürlüyü 13 metr.
Nömrənin sahəsi 12 kvadratmetrdir - eni 3 metr, uzunluğu 4 metr.
Çimmə otağının sahəsi 50 kvadratmetrdir - eni 5 metr, uzunluğu10 metr, hündürlüyü 8 metr.
Divarın qalınlığı 80 santimetrdir.
Bina bayırdan yer səviyyəsindən 6 metr aşağıdadır. |