MADDİ-MƏDƏNİ İRS

Salman Mümtazın anadan olduğu ev (Evlər idarəsinin balansında)

XIX əsr

Mədəni irs nümunəsinin adı: Salman Mümtazın anadan olduğu ev (Evlər idarəsinin balansında)
Ünvan & Əlaqə nömrəsi: Azadlıq, 2 Əlaqə: 244-06-30
Xüsusi Qeydlər: Həyətyanı sahəsi: 263,7 kvadratmetr. Tikinti altı sahəsi: 126,8 kvadratmetr. Görkəmli şair, ədəbiyyatşünas Salman Mümtaz (Salman Məmmədemin oğlu Əsgərov) 1884-cü ildə Şəkidə doğulub. Babası Ağa Ələsgər çox varlı adam olub. Ancaq onun ölümündən sonra evləri də yanıb və Salmanın atası Məmmədemin Aşqabada dayısının yanına gedib. Ticarətlə məşğul olan Məmmədemin Mirzə Fətəli Axundzadənin qohumu Zəhraxanımla ailə qurub. Ailə uzun müddət Orta Asiyada yaşayıb. Ailənin Şəkidəki evi çay daşı və çiy kərpicdən tikilib. Dam örtüyü kirəmitdəndir. Sonralar evin qarşısı şüşəbəndə alınıb. İçərisində taxça və buxarılar var. İkiotaqlı binada vaxtilə Salman Mümtazın əlyazmaları olub. Evin küçəyə baxan pəncərələrinin birindən dəmir talisman asılıb.

Salman Mümtazın anadan olduğu ev (Evlər idarəsinin balansında)

XIX əsr

Mədəni irs nümunəsinin adı:
Salman Mümtazın anadan olduğu ev (Evlər idarəsinin balansında)
Ünvan & Əlaqə nömrəsi:
Azadlıq, 2 Əlaqə: 244-06-30
Xüsusi Qeydlər:
Həyətyanı sahəsi: 263,7 kvadratmetr. Tikinti altı sahəsi: 126,8 kvadratmetr. Görkəmli şair, ədəbiyyatşünas Salman Mümtaz (Salman Məmmədemin oğlu Əsgərov) 1884-cü ildə Şəkidə doğulub. Babası Ağa Ələsgər çox varlı adam olub. Ancaq onun ölümündən sonra evləri də yanıb və Salmanın atası Məmmədemin Aşqabada dayısının yanına gedib. Ticarətlə məşğul olan Məmmədemin Mirzə Fətəli Axundzadənin qohumu Zəhraxanımla ailə qurub. Ailə uzun müddət Orta Asiyada yaşayıb. Ailənin Şəkidəki evi çay daşı və çiy kərpicdən tikilib. Dam örtüyü kirəmitdəndir. Sonralar evin qarşısı şüşəbəndə alınıb. İçərisində taxça və buxarılar var. İkiotaqlı binada vaxtilə Salman Mümtazın əlyazmaları olub. Evin küçəyə baxan pəncərələrinin birindən dəmir talisman asılıb.