İmam Əli məscidi və minarəsi
XIX
Mədəni irs nümunəsinin adı: | İmam Əli məscidi və minarəsi |
---|---|
Ünvan & Əlaqə nömrəsi: | Şəki şəhəri, Fətəli xan Xoyski küçəsi, 7 |
Xüsusi Qeydlər: | İmam Əli məscidi 1775-ci ildə tikilib, ikimərtəbəlidir. Əvvəllər həyətin birinci hissəsindəki bina məscid, qabaq hissə isə məscidin həyəti olub. XIX əsrdə Pişnamazzadə qardaşları tərəfindən Qaranlıq məscid kimi tanınan qədim məscidin yerində tikilmiş İmam Əli məscidi Körpü qulağı və Bazarbaşı məhəllələri arasında kiçik bir küçədə yerləşir. Küçəni qədimdə türk tayfalarından olmuş Saatlı tayfasının adı ilə tanıyırdılar. Vaxtilə burada çox yığcam, ikiotaqlı ev boyda, kiçik pəncərələri olan məscid olub. Elə bu səbəbdən də Qaranlıq məscid adlanıb. Dahi dramaturq Mirzə Fətəli Axundzadə də kiçik yaşlarında Axund Ələsgərlə birgə İmam Əli məscidinə gələrmiş. Sonralar məscid ərazisinin bir hissəsini fərdi evlər tutub. İmam Əli məscidi sovet dövründə Müəllimlər İnstitutu və məktəb kimi istifadə edilib. 1993-cü ildən təmir olunaraq yenidən məscid kimi fəaliyyət göstərib. Bina çay daşı, bişmiş kərpic və yerli ağac materiallarından tikilib. Qərb tərəfdən iki, şimaldan bir mərtəbəlidir. Birinci mərtəbə beş otaq və bir dəhlizdən, ikinci mərtəbə bir böyük zal, bir böyük otaq və dəhlizdən ibarətdir. Uzunluğu içəridən 26,13 metrdir. Minarənin hündürlüyü 24 metrdir. Hazırda 2 №li məktəb kimi fəaliyyət göstərən bina vaxtilə məscidin mədrəsəsi olub. |
İmam Əli məscidi və minarəsi
XIX
Mədəni irs nümunəsinin adı:
İmam Əli məscidi və minarəsi |
Ünvan & Əlaqə nömrəsi:
Şəki şəhəri, Fətəli xan Xoyski küçəsi, 7 |
Xüsusi Qeydlər:
İmam Əli məscidi 1775-ci ildə tikilib, ikimərtəbəlidir. Əvvəllər həyətin birinci hissəsindəki bina məscid, qabaq hissə isə məscidin həyəti olub.
XIX əsrdə Pişnamazzadə qardaşları tərəfindən Qaranlıq məscid kimi tanınan qədim məscidin yerində tikilmiş İmam Əli məscidi Körpü qulağı və Bazarbaşı məhəllələri arasında kiçik bir küçədə yerləşir. Küçəni qədimdə türk tayfalarından olmuş Saatlı tayfasının adı ilə tanıyırdılar. Vaxtilə burada çox yığcam, ikiotaqlı ev boyda, kiçik pəncərələri olan məscid olub. Elə bu səbəbdən də Qaranlıq məscid adlanıb.
Dahi dramaturq Mirzə Fətəli Axundzadə də kiçik yaşlarında Axund Ələsgərlə birgə İmam Əli məscidinə gələrmiş. Sonralar məscid ərazisinin bir hissəsini fərdi evlər tutub.
İmam Əli məscidi sovet dövründə Müəllimlər İnstitutu və məktəb kimi istifadə edilib. 1993-cü ildən təmir olunaraq yenidən məscid kimi fəaliyyət göstərib.
Bina çay daşı, bişmiş kərpic və yerli ağac materiallarından tikilib. Qərb tərəfdən iki, şimaldan bir mərtəbəlidir. Birinci mərtəbə beş otaq və bir dəhlizdən, ikinci mərtəbə bir böyük zal, bir böyük otaq və dəhlizdən ibarətdir. Uzunluğu içəridən 26,13 metrdir. Minarənin hündürlüyü 24 metrdir. Hazırda 2 №li məktəb kimi fəaliyyət göstərən bina vaxtilə məscidin mədrəsəsi olub. |