Sarağan ağacları
Mədəni irs nümunəsinin adı: | Sarağan ağacları |
---|---|
Xüsusi Qeydlər: | Kəlağayılardakı sarı rəng adəti üzrə sarağandan alınır. Bu ağacın budaqlarını yığıb qaynatmaqla sarı-qızılı boya almaq mümkündür. Belə boyalardan ipək parçaları boyamaq üçün istifadə edilir. Sarağanın suyunu tünd çəhrayı, bənövşəyi, yaşıl rənglərlə qarışdıranda başqa rənglər də əldə etmək olur. Sarağan ağacı gödək olur, əsasən şəhər ətrafında və yenilənən meşələrdə bitir. Sarağanın müalicəvi əhəmiyyəti də var. Ondan əsasən mədə-bağırsaq, qaraciyər, dəri, böyrək daşı, damar xəstəlikləri, habelə müxtəlif şişlər, stomatit, ishal, irinli yaralar, yanıqlar, revmatizm zamanı istifadə olunur. Antiseptik, antioksidant, ödqovucu, büzüşdürücü, yarasağaldıcı təsirə malikdir. |
Sarağan ağacları
Mədəni irs nümunəsinin adı:
Sarağan ağacları |
Xüsusi Qeydlər:
Kəlağayılardakı sarı rəng adəti üzrə sarağandan alınır. Bu ağacın budaqlarını yığıb qaynatmaqla sarı-qızılı boya almaq mümkündür. Belə boyalardan ipək parçaları boyamaq üçün istifadə edilir.
Sarağanın suyunu tünd çəhrayı, bənövşəyi, yaşıl rənglərlə qarışdıranda başqa rənglər də əldə etmək olur. Sarağan ağacı gödək olur, əsasən şəhər ətrafında və yenilənən meşələrdə bitir.
Sarağanın müalicəvi əhəmiyyəti də var. Ondan əsasən mədə-bağırsaq, qaraciyər, dəri, böyrək daşı, damar xəstəlikləri, habelə müxtəlif şişlər, stomatit, ishal, irinli yaralar, yanıqlar, revmatizm zamanı istifadə olunur. Antiseptik, antioksidant, ödqovucu, büzüşdürücü, yarasağaldıcı təsirə malikdir. |