Uşaq xəstəxanasının binası
XIX
Mədəni irs nümunəsinin adı: | Uşaq xəstəxanasının binası |
---|---|
Ünvan & Əlaqə nömrəsi: | Mirzə Fətəli Axundzadə prospekti |
Xüsusi Qeydlər: | Hacı Hüseyn bəylərin malikanəsidir. Hazırda uşaq xəstəxanası kimi fəaliyyət göstərən, bir zamanlar "İstirahət evi" (“Dom otdıx") kimi tanınan mülklərin sahibi Hacı İsmayıl bəy, oğlu Hacı Hüseyn bəy və onun oğlu Məmmədəli bəy olub. Hacı İsmayıl bəyin dövründə çar pristavları binaların görkəminə toxunub, oğlu Hacı Hüseyn bəyi isə sovet hökuməti sürgün edib, ailəsini də mülkdən çıxarıb. Məmmədəli bəy xanımı Səkinə və iki övladı ilə bir müddət qohumu Hacı bəyin evində qaldıqdan sonra Səmədovlara məxsus evi alıb, orada məskunlaşıblar. Bir neçə binadan ibarət olan Hacı Hüseyn bəylərin malikanəsi milli memarlıq ənənələri əsasında tikilib. İkimərtəbəli binalarda kifayət qədər otaq var. Vaxtilə istirahət mərkəzi kimi istifadə olunan mülklərin əsas hissəsində artıq uzun illərdir ki, uşaq xəstəxanası, küçə tərəfdəki binanın birinci mərtəbəsində isə kitabxana fəaliyyət göstərir. Otaqlarda divar peçləri və buxarılar var. |
Uşaq xəstəxanasının binası
XIX
Mədəni irs nümunəsinin adı:
Uşaq xəstəxanasının binası |
Ünvan & Əlaqə nömrəsi:
Mirzə Fətəli Axundzadə prospekti |
Xüsusi Qeydlər:
Hacı Hüseyn bəylərin malikanəsidir. Hazırda uşaq xəstəxanası kimi fəaliyyət göstərən, bir zamanlar "İstirahət evi" (“Dom otdıx") kimi tanınan mülklərin sahibi Hacı İsmayıl bəy, oğlu Hacı Hüseyn bəy və onun oğlu Məmmədəli bəy olub. Hacı İsmayıl bəyin dövründə çar pristavları binaların görkəminə toxunub, oğlu Hacı Hüseyn bəyi isə sovet hökuməti sürgün edib, ailəsini də mülkdən çıxarıb. Məmmədəli bəy xanımı Səkinə və iki övladı ilə bir müddət qohumu Hacı bəyin evində qaldıqdan sonra Səmədovlara məxsus evi alıb, orada məskunlaşıblar.
Bir neçə binadan ibarət olan Hacı Hüseyn bəylərin malikanəsi milli memarlıq ənənələri əsasında tikilib. İkimərtəbəli binalarda kifayət qədər otaq var. Vaxtilə istirahət mərkəzi kimi istifadə olunan mülklərin əsas hissəsində artıq uzun illərdir ki, uşaq xəstəxanası, küçə tərəfdəki binanın birinci mərtəbəsində isə kitabxana fəaliyyət göstərir. Otaqlarda divar peçləri və buxarılar var. |