MADDİ-MƏDƏNİ İRS

Dairəvi məbəd

VI əsr kimi qeyd edilsə də, yaşının qəti təyin edilməsi üçün ətarflı araşdırmaya ehtiyac var.

Mədəni irs nümunəsinin adı: Dairəvi məbəd
Ünvan & Əlaqə nömrəsi: Şəki şəhəri, Qala divarları, 1
Xüsusi Qeydlər: Dairəvi məbəd Qafqaz Albaniyası dövründə - V-VI əsrlərdə tikilib. Dairəvi hissənin ümumi sahəsi 155 kvadratmetrdir. Məbədin qədimliyi, ətraf ərazisinin genişliyi ondan tarixən dini ayinlərin icrası üçün istifadə edildiyini göstərir. Məbəd yerli daş materiallardan tikilib. Divarları yonulmuş daşlardan inşa olunub və kirəclə hörülüb. Məbədin qülləsi metal örtükdən ibarətdir. 1828-ci ildə çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra Dairəvi məbəddə 3 əlavə çıxıntılı otaq inşa edilib və bura pravoslav kilsəsinə çevrilib. Sovet dövründə məbəddən anbar və şəbəkə sexi kimi istifadə edilib. 1985-ci ilin iyun ayının 9-da Şəhər Mədəniyyət Şöbəsinin təşəbbüsü ilə burada ictimai əsaslarla Xalq Tətbiqi Sənəti muzeyi yaradılıb. 1991-ci ilin may ayından isə Dairəvi məbəd dövlət muzeyidir.

Dairəvi məbəd

VI əsr kimi qeyd edilsə də, yaşının qəti təyin edilməsi üçün ətarflı araşdırmaya ehtiyac var.

Mədəni irs nümunəsinin adı:
Dairəvi məbəd
Ünvan & Əlaqə nömrəsi:
Şəki şəhəri, Qala divarları, 1
Xüsusi Qeydlər:
Dairəvi məbəd Qafqaz Albaniyası dövründə - V-VI əsrlərdə tikilib. Dairəvi hissənin ümumi sahəsi 155 kvadratmetrdir. Məbədin qədimliyi, ətraf ərazisinin genişliyi ondan tarixən dini ayinlərin icrası üçün istifadə edildiyini göstərir. Məbəd yerli daş materiallardan tikilib. Divarları yonulmuş daşlardan inşa olunub və kirəclə hörülüb. Məbədin qülləsi metal örtükdən ibarətdir. 1828-ci ildə çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra Dairəvi məbəddə 3 əlavə çıxıntılı otaq inşa edilib və bura pravoslav kilsəsinə çevrilib. Sovet dövründə məbəddən anbar və şəbəkə sexi kimi istifadə edilib. 1985-ci ilin iyun ayının 9-da Şəhər Mədəniyyət Şöbəsinin təşəbbüsü ilə burada ictimai əsaslarla Xalq Tətbiqi Sənəti muzeyi yaradılıb. 1991-ci ilin may ayından isə Dairəvi məbəd dövlət muzeyidir.