MADDİ-MƏDƏNİ İRS

Çingiz Mustafayev adına klub

1913

Mədəni irs nümunəsinin adı: Çingiz Mustafayev adına klub
Ünvan & Əlaqə nömrəsi: Şəki şəhəri, Mirzə Fətəli Axundzadə prospekti, 183
Xüsusi Qeydlər: Vaxtilə bu binanın birinci mərtəbəsi Məmmədsadıq Əliyevin ticarət kontoru, üst mərtəbəsi isə onun idarəsi olub. Hazırda bina Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına klub kimi fəaliyyət göstərir. Daş bina üçmərtəbəlidir. Zirzəmisi təmir olunub və bura Etnoqrafiya muzeyi kimi fəaliyyət göstərir. Birinci mərtəbədə sovet dövründə olduğu kimi indi də kino zalı, digər otaqlarda isə rəsm qalereyası fəaliyyət göstərir. İkinci mərtəbədə uşaqlar üçün tamaşa zalı və rəqs otağı yerləşir. Binada təmir zamanı hec bir dəyişikliyə yol verilməyib. Binanın tikintisində qırmızı kərpiç, əhəng, çay daşı, palıd və fıstıq agaclarından istifadə olunub.

Çingiz Mustafayev adına klub

1913

Mədəni irs nümunəsinin adı:
Çingiz Mustafayev adına klub
Ünvan & Əlaqə nömrəsi:
Şəki şəhəri, Mirzə Fətəli Axundzadə prospekti, 183
Xüsusi Qeydlər:
Vaxtilə bu binanın birinci mərtəbəsi Məmmədsadıq Əliyevin ticarət kontoru, üst mərtəbəsi isə onun idarəsi olub. Hazırda bina Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına klub kimi fəaliyyət göstərir. Daş bina üçmərtəbəlidir. Zirzəmisi təmir olunub və bura Etnoqrafiya muzeyi kimi fəaliyyət göstərir. Birinci mərtəbədə sovet dövründə olduğu kimi indi də kino zalı, digər otaqlarda isə rəsm qalereyası fəaliyyət göstərir. İkinci mərtəbədə uşaqlar üçün tamaşa zalı və rəqs otağı yerləşir. Binada təmir zamanı hec bir dəyişikliyə yol verilməyib. Binanın tikintisində qırmızı kərpiç, əhəng, çay daşı, palıd və fıstıq agaclarından istifadə olunub.